"Kalmar oyunu"nun üçüncü mövsümünün treyleri təqdim edildi

2-06-2025, 12:58           
"Kalmar oyunu"nun üçüncü mövsümünün treyleri təqdim edildi
"Netflix" Cənubi Koreyanın məşhur serialı olan "Kalmar oyunu"nun ("The Squid Game") üçüncü mövsümünün rəsmi treylerini təqdim edib.

UNIAN xəbər verir ki, üçüncü mövsümün premyerası iyunun 27-də baş tutacaq.

Əvvəlki hissə artıq dünya rekordu qırıb və 93 ölkədə hit-paradlara başçılıq edib, lakin yaradıcılar əmin edirlər ki, yeni hissə də bundan az maraqlı olmayacaq.

Yeni hissənin süjet xəttinə əsasən, baş qəhrəman olan 456-cı oyunçunun hekayəsinə son qoyulacaq.

Həmçinin tamaşaçılar onun ölümcül oyunun yaradıcılarına qarşı mübarizədə qalib gəlib-gəlməyəcəyini nəhayət öyrənəcəklər.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru