KTN şefindən Şirvanda müəmmalı təyinat: Sahil Babayev onu qovmuşdu…

26-10-2018, 10:20           
KTN şefindən Şirvanda müəmmalı təyinat: Sahil Babayev onu qovmuşdu…
Əmək və əhalinin sosial müdafiə naziri təyin olunan Sahil Babayev bir neçə ay əvvəl DSMF Şirvan şəhər şöbəsi müdiri vəzifəsindən Nazim Əbülhəsən Hüseynovu azad etmişdi. Bildirək ki, Nazim Hüseynov keçmiş aparat rəhbəri Əjdər Olun bacısı oğludur.
Cumhuriyyet.net-in xəbərinə görə, Nazim Hüseynov S.Babayev tərəfindən işindən azad olunsa da, kənd təsərrüfatı naziri İnam Kərimov ona sahib çıxıb.
N.Hüseynov KTN şefinin əmri ilə Şirvandakı Dövlət Aqrar İnkişaf Mərkəzinə direktor təyin edilib. Bununla da, İnam Kərimov növbəti dəfə kənd təsərrüfatına ixtisası uyğun olmayan bir şəxsi rəhbər vəzifəyə təyin etmiş olub.
N.Hüseynov dünənə kimi təqaüdçülərin pensiyalarının hesablanılması, təyin edilməsi işi ilə məşğul idisə bundan sonra heyvandarlığın inkişafına, əkinçiliyin genişlənməsinə” töhfə” verəcək.
Ümumiyyətlə sənaye şəhəri hesab olunan Şirvanda aqrar sahənin inkişafı mərkəzinə ehtiyac varmı? Şirvan şəhəri kənd təsərrüfatı rayonu olmadığına görə heç mərkəzə də ehtiyac yoxdur.
Kənd təsərrüfatı naziri İnam Kərimovun maraq doğuran kadrları ölkə rəhbəri İlham Əliyevin qarşıya qoyduğu vəzifələri yerinə yetirə biləcəklərmi? Sualın cavabı yeni təyin olunan kadrlardan artıq məlumdur.
Nazirlik yanında Dövlət Sosial Müdafiə Fondunun Şirvan şöbəsinin müdiri Nazim Hüseynovu fəaliyyətində yol verdiyi nöqsanlara görə işdən çıxarılmışdı. Görəsən belə yarıtmaz kadr KTN rəhbərinin nəyinə lazımdır?
İctimaiyyətin gözləntisi ondan ibarət idi ki, islahatçı nazir kimi təqdim olunan İ.Kərimov perspektivli, şəffaf işləyən, reputasiyası təmiz kadrları vəzifələrə təyin edəcək.
Ancaq S.Babayevin nöqsanlarına görə vəzifədən çıxardığı N.Hüseynova Şirvanın “aqrar sektoru” həvalə olunur. Şirvan şəhərdir, kəndləri yoxdur, təsərrüfat bölgəsi deyil. Bu da N.Hüseynova yeni maxinasiyalar imkanı yaradacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.