“Cake Fresh” şirniyyat evindən qoğal aldı, içindən “şurup” çıxdı – Fotofakt

1-11-2018, 05:06           
“Cake Fresh” şirniyyat evindən qoğal aldı, içindən “şurup” çıxdı – Fotofakt
Şirniyyat dükanından alınan şor qoğalının içərisindən “şurup” çıxıb.

Bizimyol.info xəbər verir ki, Nəriman Nərimanov metrostansiyası yaxınlığında yerləşən “Cake Fresh” şirniyyat evindən alınan şor qoğalının içərisindən “şurup” çıxıb. Xoşbəxtlikdən bunun fərqinə tez varan alıcı dərhal aldığı məhsulu geri qaytarıb və bu barədə özünün şəxsi sosial şəbəkə hesabından paylaşım edərək məsələni ictimailəşdirib.

Məsələ ilə bağlı Bizimyol.info-ya danışan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov belə hallarla qarşılaşan şikayətçilərin onlara müraciət etməsini tövsiyə edir. Bir şərtlə ki, alıcı həmin məhsulu haradan aldığına dair məlumat və fakt təqdim etsin. Bundan sonra E.Hüseynov əmin edir ki, vətəndaşa dəymiş zərər ödəniləcək: “Həmin şirkəti antireklam kampaniyasına yerləşdiririk, vətəndaş istəyərsə, dövlət orqanlarını həmin şirkətə yoxlanışa qaldırırıq”.

Adıçəkilən “Cake Fresh” şirniyyat evinin onlayn resurslar üzərində qeyd olunan əlaqə nömrələri ilə əlaqə saxlamağa çalışsaq da mobil nömrələrin təyin olunmadığı məlum oldu.

Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.














Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.