Atatürk parkında söküntülər Şahmar İbadovun başını çox ağrıdacaq......İDDİA
13-12-2018, 07:54

Teref.az olaraq qeyd etmək istəyirik ki, keçən sayımızda Atatürk parkında sökülən obyektlər barədə yazmışdıq. Dünən Bakı Şəhəri İcra hakimiyyətinin verdiyi açıqlamada Teref.az-da verilən məlumatı dolayıda olsa təsdiqlədi. Atatürk parkında Nərimanov İcra hakimiyyətinin "dobro" su ilə fəaliyyət göstərən qanunsuz ( məsələn 1 metr yer üçün icazə alıb lakin dəbdəbəli bir obyekt tikdirib) və müvəqqəti icazəli obyektlər sökülür. Teref.az-a məlumat verən mənbənin dedikləri:
" Eldar Əzizov Bakının bədənində olan bu yaranı nə zamansa qopardmalı idi. Hamımız bilirik ki, Bakının ən ucqar yerində belə əlindıə sənəd ola ola 1 daşı daş üstünə qoya biılməzsən. O dəqiqə icradan gəlib başının üstünü kəsdirəcəklər Ölçüb biçib səni qanunsuz tikili tikdiyini elan edəcəklər. Atatürk parkında isə elə obyektlər var ki, 5-10 kv/m yerə icazələri var, hətta bu icazələr müvəqqətidir. Amma tikililərə baxsanız görərsiniz ki, bunlar milyonluq obyektlərdirlər. Heç kim öz başından, icranın icazəsi olmadan belə obyektlər tikə bilməz.Düzdür axır vaxtlar sərəncam vermək rayon icra hakimiyyətlərindən alınıb "Baksovet"-ə verilib. Amma burdakı obyektlərin hamısı köhnədirlər. Buralara isə Nərimanov rayon İcra hakimiyyiti nəzarət edir. Nərimanov icrasında isə bu işlərə Şahmar İbadov baxır. Nərimanov rayon İcra başçısı Abidin Fərzəliyev olsada, bu işlər Şahmar müəllimlikdir. Düzdür lap əvvəllər Rəşid Ağayevdə var idi. Onda Şahmar müəllim MM-də işləyirdi.Lakin Şahmar İbadov Nərimanov rayonuna gələn kimi bu işlərin hamısını öz əlində cəmlədi. Atatürk parkında görülən bütün biznes işləridə axır vaxtlara qədər onun əli ilə görülüb. Hələ bu söküntünün həngaməsini eşidəcəksiniz. İndi Şahmar müəllim deyir: " Biz nə edə bilərik yuxarıdan gələn əmr belədir." Bəs haqqını alanda yaxşı idi, indi "biz nə edə bilərik?
Lakin obyekt sahibləridə onların sözünə arxayın olub o boyda obyektlər tikib ziyana düşüblər. Obyekt sahibləri indi öz pullarını geri istəıyirlər."
Sonra mənbə dedi ki, şikayət edən bəzi obyekt sahiblərinə deyiblər ki, "Narahat olmayın, sökülən obyektlərin əvəzinə o parkda obyekt verəcəyik.." Lakin "Baksovet"-in verdiyi açıqlama onların bu sözünündə yalan olduğuna dəlalət edir. Bakı meriyasından verilən açıqlamada açıq aydın deyilir ki, parkta sökülən obyektlərə heç bir kompensasiya verilməyəcək və yerində heç bir obyekt tikilməyəcək.
Mənbənin dediyinə görə Şahmar İbadov elə bilir Nərimanov parkında etdiklərini Atatürk parkındada edə biləcək. Nərimanov parkında abadlıq və yenidənqurma işlərindən sonra parkda kim harda gəldi yenidən obyektlər tikməyə başladı.Bu gün Nərimanov parkında əvvəlki təmirində əsər əlamət qalmayıb. Hər yerdə çayçılar və obyektlər tikilib. Park kimi ancaq oranın mərkəzi qalıb. Parka gələnlərin dediyinə görə hər qarış torpaq satılıb.Lakin nbə il o il deyil, nə Bakı İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov......
Adalrı çəkilən şəxs və qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az