Sabirabadın yollarına ayrılan pullar hara gedib - Yolları bərbad vəziyyətdədir VİDEO

22-04-2015, 12:13           
Sabirabadın yollarına ayrılan pullar hara gedib - Yolları bərbad vəziyyətdədir VİDEO
Yolun bərbad vəziyyətdə olması ağır qəzalara şərait yaradır

Məlumdur ki , dövlət büdcəsindən ən çox vəsait ayrılan sahələrdən biri yol çəkilişləridir. Lakin Sabirabadın bir neçə kəndindən keçən və Salyan-Şirvan yolunu birləşdirən əsas yol dövlətin ayırdığı bu pullardan hələ də nəsibini almayıb. Belə ki , adıçəkilən yolda asfalt örtüyünün dağılması avtomobillərin hərəkətinə çətinlik yaradır. Yolun bərbad vəziyyətdə olması ağır qəzalara şərait yaradır . Əsasən da Sabirabadın Minbaşı , Azadakənd və Poladtoğay kəndlərində yolların vəziyyəti ürəkaçan deyil. Adıçəkilən kəndlərdə olan əməkdaşlarımızı görən sakinlər bizim vasitəmizlə öz problemlərini aidiyyatı qurumlara çatdırmağa çalışdılar. BTV- yə müsahibəsində sakinləri bildirir ki , burada tək problem yol deyil. Onların sözlərinə görə kənddə aptek , xəstəxana belə yoxdur. Hətta hər hansı bir hadisə baş verən zaman təcili yardım maşını kəndə gəlməkdən imtina edir. Biz də BTV olaraq məsələ ilə bağlı aidiyyatı qurumlarla əlaqə saxlamağa çalışdıq. İlk olaraq suallarımızı Azadakənd Bələdiyyə sədri Amil Vəlişov cavablandırdı. Məsələ ilə bağlı digər tərəfin - “Azəryolservis” ASC-nin mövqeyini öyrənməyə çalışdıq. Lakin cəhdlərimiz boşa çıxdı.
[media=https://www.youtube.com/watch?v=5I6-etUSP2A]
bolgexeber.com












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.