Türkiyədə Anadolu və Finikiya dillərində olan yazılı daş kitabələr UNESCO-nun siyahısına salınıb

10-05-2025, 12:44           
Türkiyədə Anadolu və Finikiya dillərində olan yazılı daş kitabələr UNESCO-nun siyahısına salınıb
Türkiyənin Osmaniye vilayətində açıq havada nümayiş etdirilən Anadolu və Finikiya dillərinin birlikdə işlədildiyi yazılı daş kitabələr UNESCO-nun Dünya İrsinin Beynəlxalq Reyestrinə daxil edilib.

"TRT Haber" xəbər verir ki, Osmaniyə vilayətinin valisi olan Erdinç Yılmaz jurnalistlərə verdiyi açıqlamada əldə edilən uğurdan məmnun olduqlarını bildirib.

"Osmaniye hər mənada qədim dövrlərə gedib çıxan yaşayış məskənləri və çoxsaylı tarixi əsərlərin olduğu bir məkandır. Bunun ən mühüm nümunələrindən biri olan açıq səma altında nümayiş etdirilən kitabələrdir. Kitabələrin UNESCO-nun siyahısına salınması buradakı əsərlərin qorunması baxımından çox dəyərlidir. Biz bu dəyərlərin və mədəniyyətin gələcək nəsillərə ötürülməsinə böyük əhəmiyyət veririk", - deyə Erdinç Yılmaz qeyd edib.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru