Qubanın icra başçısı turizmçilərə haqq qoymağa başlayıb

22-04-2015, 14:01           
Qubanın icra başçısı turizmçilərə haqq qoymağa başlayıb
Qubada aparılan kadr islahatlarından sonra Ucardan bu rayona icra başçısı təyin edilmiş Yaşar Məmmədov indidən yay-istirahət mövsümünün açılışlarını etməyə başlayıb. JAM.AZ-a verilən məlumata görə, bu «açılış» heç də yeni obyektlərin qırmızı lentlərini kəsməkdən ibarət deyil. Əksinə, atılan addım birbaşa həmin obyekt sahiblərinin indidən nəyi necə edəcəkləri barədə xəbərdarlıqdan ibarətdir.

Məlumatlara görə, Qubanın yeni icra başçısı öz yaxın adamları vasitəsi ilə bütün ticarət və turizm obyektlərinə xəbər göndəriblər ki, yay mövsümünə hazır olsunlar. Həmin hazırlıq çərçivəsində isə hər bir obyektdən dövriyyəsinə görə pullar tələb olunur. Bundan əlavə isə sözügedən obyektlərin sahiblərinə onu da çatdırıblar ki, yay mövsümü müddəti ərzində hər ay da əlavə pul ödəməli olacaqlar.

JAM.AZ-a daxil olan məlumatlarda vurğulanır ki, yeni icra başçısının belə qayda qoyması heç də yerli sahibkarların ürəyincə olmayıb. Onlar yayda nəyin necə olacağını və qazanclarının nə qədər olacağını indidən müəyyənləşdirə bilmədiklərindən bu qədər «yükün» altına girilməsinin ciddi zərərə gətirib çıxaracağını vurğulayırlar. Həmçinin indiyə qədər onlardan bu qədər pulun tələb olunduğu ilə də üzləşməyiblər. Ona görə də, qubalı iş adamları vəziyyətdən çıxış yolu kimi, etirazlarını bildirməyi görürlər. Və bunun nəticəsiz qalacağı təqdirdə, etirazların aksiyaya çevrilə biləcəyini də istisna etmirlər.

Qarşı tərəfin də mövqeyini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.