Həbsdə yatan ruhi xəstənin ailəsi prezidentdən kömək istəyir - VİDEO/FOTO

14-09-2019, 09:05           
Həbsdə yatan ruhi xəstənin ailəsi prezidentdən kömək istəyir - VİDEO/FOTO
Teref.az-ın poçtuna Şirvan şəhərinin sakini İslamov Xəyal Sadiq oğlu tərəfindən Prezident İlham Əliyevə müraciət daxil olub. Müraciəti təqdim edirik:

Haqsızlıqla üzləşmiş Şirvan sakini İslamov Xəyal Sadiq oğlu üzünü bizə tutaraq fikirlərinin ictimaiyyətə çatdırılmasını xahiş edir.
Mən Şirvan sakini İslamov Xəyal Sadiq oğlu yazıb sizə bildirirəm ki, qardaşım, 2-ci qrup əlil, 1959-cu il təvəllüdlü İslamov Məhəmməd İmanverdi oğlu ruhi xəstədir, psixi xəstəlikdən əziyyət çəkir. Xəstəliyi ilə bağlı Səhiyyə Nazirliyinin 1 Saylı ruhi-əsəb, Salyan rayon Ruhi-Əsəb Dispanserində və Şirvan şəhər Mərkəzi Xəstəxanasının ruhi-əsəb kabinetində daimi qeydiyyatdadır. Əlimizdə bunu rəsmən təsdiq edən sənədlər mövcuddur.

Ailəlidir, dörd övladı var. Övladlarından 2-si 1-ci qrup əlildirlər.

09.06.2017-ci il tarixində Şirvan şəhər Polis Şöbəsinin İstintaq bölməsinin müstəntiqi Anar Nağıyev, şizofreniya paranoiddən əziyyət çəkən xəstə qardaşımın anlaqsız vəziyyətini nəzərə almadan onu həbs edib və barəcində CM-nin 234.1 və 237.2.3 maddələriylə cinayət işi açıb. Təəcüb doğuran haldır ki, elementar özünüidarə etmə qaydalarından məhrum olan bir xəstə necə olub ki, çətənə kolları yetişdirib.Axı bu hal tibbi məntiqə sığmır.Lakin buna baxmayaraq Şirvan Polis Şöbəsi və şəhər Prokurorluğu onun sağlamlıq durumunu nəzərə almadan və heç bir nümayəndəsinin iştirakı olmadan ondan naməlum yolla etiraf edici ifadə alıb və elan olunmuş ittiahmla özünü tam təqsirkar hesab etdiyini təsdiq edib.

23 oktyabr 2017-ci il tarixdə Lənkəran Ağır Cinayətlər Məhkəməsi, ədalət mühakiməsinə kölgə salan hadisəyə imza atdı, həkim tərəfindən fəaliyyət qabiliyyətsizliyi təsdiq edilən ruhi xəstəyə hökm oxundu. Nurəddin Abdullayevin sədrliyi və hakimlər Elşad Əliyev və Asım Hacıyevin iştirakıyla keçən məhkəmədə İslamov Məhəmməd İmanverdi oğlunun cəzası təsdiq edilmiş hesab olundu.Barəsində heç bir məhkəmə tibbi ekspertizasının təyin olunmadan ona 5(beş) il 6(altı) ay hökm elan olundu.! Ruhi xəstənin hüquqlarını heç kim müdafiə etmədi, məsələdə ciddi qanun pozuntularına yol verildi. Bu hadisə bütün şəhər ictimaiyyətinin haqlı narazılığına səbəb oldu. Lakin əlimizdən heç bir şey gəlmədiyi üçün susmağa məcbur olduq.

Ədalət mühakiməsinin düzgün aparılmaması nəticəsində oğlum İslamov Məhəmməd İmanverdi oğlu hazırki dövrədək həbsxanadadır və 10 Saylı Cəzaçəkmə Müəssisəsində yerləşir.

Bu haqsızlıqla barışa bilməyən anam nevroloji xəstəliyə tutulub, yaddaşı itib, yeriyə bilmir. Ruhi xəstənin həbsxanada cəza çəkməsi heç bir ölkədə yoxdur, bu ədalətsizlikdir, demokraik prinsiplərə ağır zərbədir. ”Psixiatriya yardımı haqqında” Qanunun 1.0.5 maddəsində deyilir ki,anlaqsız vəziyyətdə cinayət törətmiş psixi pozuntu vəziyyətində olan şəxslərin Azərbaycan Respublikasının Cinayət Məcəlləsi və Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən olunmuş qaydada məhkəmənin qərarı əsasında müayinə və müalicə məqsədi ilə psixiatriya müəssisəsinə yerləşdirilməlidir, daha həbsxanaya deyil. Ruhi xəstə sayılmış şəxslər həbs cəzasına məruz qalmamalıdır. Onların ruhi xəslələr üçün nəzərdə tutulan müəssisələrə keçirilməsi barədə tədbirlər görülməlidir. Ruhi xəstələr törətdikləri əmələ görə cinayət məsuliyyətinə cəlb oluna bilməzlər.

Kiməsə maddi ziyan vurmasının əvəzi, onun xəstə olması məhkəmə qaydasında təsdiq

olunarsa, onun valideynləri, övladları, qəyyumları, himayəçiləri tərəfindən ödənməlidir.

Odur ki, efir məkanı vasitəsiylə üzümü ölkə prezidentinə tutaraq xəstə qardaşımın həbsxanadan azad olunmasını xahiş edirəm.Anlaqsız bir xəstə həbsxanada yatmamalıdır. Bu həm tanrı dərgahında, həm cəmiyyətdə qəbul olunmaz bir haldır. Bütün ümidlərim sizədir.


Böyük ümidlərlə: İslamov Xəyal Sadiq oğlu Şirvan sakini

Əlaqə nömrəm 050 287 80 03

















Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.