Ağstafa səhiyyəsində xaos hər gün dərinləşir - baş həkimi yoxlayacaqlar?

24-09-2019, 00:14           
Ağstafa səhiyyəsində xaos hər gün dərinləşir - baş həkimi yoxlayacaqlar?
Redaksiyamza müraciət edən Ağstafa sakinləri rayon mərkəzi xəstəxanasındak özbaşınalqlardan giley edirlər.

GUNDEMİNFO.AZ-a daxil olan müraciətdə bildirilir ki, Azərbaycan səhiyyəsi Ağstafada rəsmən biabırçı formada təzahür etməkdədir: "Buna səbəbsə bəzi həkim adına yaraşmayan şəxslərin daha çox öz tamahlarına yenilməsidir".

Narazı vətəndaşlar yazrlar:

"Ağstafa Rayon Mərkəzi Xəstəxanasının uşaq xəstəlikləri şöbəsinin müdiri İradə Batıyeva isə bu yöndə əməlli-başlı ad çıxarıb və rəsmən bazar açıb. Belə ki, İradə xanm xəstə uşaqların təkrar tibbi sosial ekspert komissiyasından keçmələri üçün göndərilən sənədə görə hər bir xəstədən 1000-1500 arası rüşvət tələb edir. Bununla bağlı hansı quruma müraciət etsək də, şikayətlərimizə baxan yoxdur".

Saytımıza daxil olan məlumata əsasən ötən həftə rayonun baş həkimi təcili olaraq Bakıya çağrılıb. Məlumata əsasən rayon Mərkəzi Xəstəxanasından son zamanlar artan şikayətlər, həmçinində kadrlar və inventar idarəetməsi ilə bağlı ciddi narazılıqlar olub. Yaxın günlərdə isə Maliyyə Nazirlıiyinin xəstəxanada audit yoxlaması aparacağı gözlənilir.

İddia olunanlarla bağlı bütün tərəfləri dinləməyə hazırıq...












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru