Başçıya müraciətlər yetərsiz olanda... - Məktəbli prezidentdən kömək istədi...

1-10-2019, 12:39           
Başçıya müraciətlər yetərsiz olanda... - Məktəbli prezidentdən kömək istədi...
İmişli rayon Aranlı kəndində bir məktəbli oxuduğu məktəbin vəziyyətinə görə prezident İlham Əliyevə müraciət edib.

Yeniavaz.com xəbər verir ki, məktəbli bunu sosial şəbəkələr vasitəsilə həyata keçirib.

O bildirib ki, təhsil aldığı Yusif Sadatxanov adına Aranlı kənd 1 saylı tam orta məktəbinin vəziyyəti yaxşı deyil və burada təhsil almaq mümkünsüzdür.

Həmçinin özü ilə yanaşıə daha 450 şagirdin həmin məktəbdə təhsil aldığını bildirib.

O prezidentə müraciət edərək ondan məsələyə diqqət göstərməsini xahiş edib.

Qeyd edək ki, kadrlar vəziyyəti heç də yaxşı olmayan sinif otağında lentə alınıb və ətrafdan şagirdlərin səsləri gəlir.

Həmin görüntüləri təqdim edirik:













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru