Gəncənin xəstə səhiyyəsinə dərman tapılmır

24-04-2015, 10:19           
Gəncənin xəstə səhiyyəsinə dərman tapılmır
Mətbuatın və cəmiyyətin diqqətində olan əsas mövzulardan biri, bəlkə də, birincisi ölkə səhiyyəsinin mövcud durumudur.

Amma müvafiq strukturlar, xüsusilə də Səhiyyə nazirliyi özünü görməməzliyə, eşitməməzliyə vurmaqda davam edir. Məsələn, cumhuriyyet.az-a daxil olan məlumata görə, Gəncə Şəhər Səhiyyə İdarəsinin müdiri Mehman Rzayev şəhərdə fəaliyyət göstərən çoxsaylı xəstəxana, poliklinikaların baş həkimlərindən “aylıq” alırsa, Gəncədə necə normal səhiyyə sistemi qurula bilər? Rüşvət verən və alan üçün səhiyyənin inkişafı çoxmu maraqlıdır? Doğrudur, Səhiyyə idarəsinin müdirinin baş həkimlərdən aldığı hesabın Gəncə şəhər icra başçısı Elmar Vəliyev üçün aldığını bildirdiyi vurğulanır ki, buna üzrü qəbahətindən böyük deyilir. Normal fəaliyyət göstərən bir müəssisədən kim nədən “aylıq” istəsin ki?

Gəncə şəhərindəki mənbədən cumhuriyyet.az-a daxil olan məlumatda bildirilir ki, Gəncə səhiyyə idarəsinin müdiri Mehman Rzayev şəhrdəki hər bir xəstəxana və poliklinika baş həkiminə ayda qəbul etdiyi xəstə sayına görə hesab qoyub. Səhiyyə idarəsi müdirinin hesab qoyduğu və hər ay aldığı xəstəxanalar isə aşağıdakılardır:

- Təcili Tibbi Yardım Xəstəxanası – 2000 manat;

– Abbas Səhəd adına xəstəxana – 1500;

– Göz xəstəxanası – 1500 manat;

– 6 saylı şəhər poliklinikası – 1000 manat;

– 1 saylı uşaq xəstəxanası – 1500 manat;

– 2 saylı uşaq xəstəxanası – 1500 manat;

– 2 saylı xəstəxana – 2000 manat;

– 1 saylı poliklinikası – 1000 manat;

– 2 saylı poliklinika – 1000 manat;

– 5 saylı şəhər poliklinikası – 1000 manat;

– 1 saylı uşaq poliklinikası – 1000 manat;

– 2 saylı uşaq poliklinikası – 1000 manat;

– 3 saylı uşaq poliklinikası – 1000 manat;

– 4 saylı uşaq poliklinikası – 1000 manat;

– Uşaq stomotoloji poliklinikası – 1000 manat;

- Şəhər körpələr evi – 1500 manat.

Siyahıdan göründüyü kimi, Səhiyyə İdarəsinin müdiri hər ay ən az bu qədər aylıq toplayır. Bu halda isə Gəncədə hər hansı bir səhiyyə irəliləyişindən danışmaq yersizdir. Amma iş bununla da bitmir. Gəncə şəhərindəki səhiyyə sisteminə dair ən ilginc məlumatlardan biri 3 saylı poliklinikanın baş həkim Rasim Hüseynovla bağlıdır. Diqqət yetirsəniz bu müəsisənin adı yuxarıdakı siyahıda yoxdur. Amma bu 3 saylı poliklinikada işin yüksək səviyyədə qurulması ilə bağlı deyil. İş həmin poliklinikanın baş həkimi Rasim Hüseynovla bağlıdır. Bildirək ki, əvvəllər Yevlax rayonunda yerləşən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeçiliyində fəaliyyət göstərən Əlillərin Bərpa Mərkəzinin müdiri olmuş, hazırda isə Gəncə Şəhər Baş Səhiyyə İdarəsinin 3 saylı Poliklinikasının baş həkimi vəzifəsində işləyən Rasim Hüseynovun Elmar Vəliyevin ünvanına söylədiyi, onunla guya eyş-işrət məclisləri quraraq kef çəkdiklərini deməsi ilə icra başçısına yaxın adam kimi tanınıb. Bu məlumatların nə dərəcədə dəqiq olduğunu deyə bilmərik, amma qısa bir araşdırma zamanı öyrəndik ki, Rasim Hüseynovun özünun qaranlıq keçmişi olub. Hətta bir qadınla aralarında yaranmış “işdə məhəbbət macəraları” səbəbindən rayon səviyyəsində böyük söz-söhbətlər gəzmiş, hətta söhbət Yevlax RİH-nin rəhbərliyi səviyyəsində müdaxiləyə kimi çatmışdır.

Rasim Hüseynov isə bir çox yerlərdə Elmar Vəliyevə xitabən “rumka dostu”, “sinif yoldaşı”, “ailə münasibətləri”, “öz uşağımızdır” ifadələri işlətməsini artıq bir çoxları bilməmiş deyildir. Hətta baş həkimin iddiasına görə, orta məktəb illərində Vəliyevlə aralarında elə bir “uşaqlıq münasibəti” olub ki, hazırda şəhər icra hakimiyyəti başçısı onun hər nazını çəkmək məcbutiyyətindədir. 3 saylı poliklinikanın da məhz bu səbəbdən şəhər səhiyyə şöbəsinin aylığından azad olunduğu deyilir...///cumhuriyyet.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.