Müasir aviasiya tarixində ən böyük döyüşlərdən biri baş verib

9-05-2025, 11:14           
Müasir aviasiya tarixində ən böyük döyüşlərdən biri baş verib
Müasir aviasiya tarixində ən böyük və ən uzun döyüşlərdən biri Hindistan və Pakistan arasında baş verib.

Bu barədə CNN məlumat yayıb.

Nəşr bildirir ki, iki ölkənin qırıcıları arasında baş verən toqquşmada beş Hindistan təyyarəsi vurulub. Bir saatdan çox davam edən döyüşdə ümumilikdə 125 döyüş təyyarəsi iştirak edib.

Münaqişə tərəflərindən heç biri öz ölkəsinin hava məkanını tərk etməyib. Mənbələr raket mübadiləsinin bəzən 160 kilometri keçən məsafələrdə baş verdiyini bildirir. Mayın 7-nə keçən gecə Hindistan “Sindoor” əməliyyatına başladığını elan edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru