UEFA Avropa Liqasında ingilis finalı

9-05-2025, 11:26           
UEFA Avropa Liqasında ingilis finalı
UEFA Avropa Liqasında finala yüksələn komandalar bəlli olub.

Oxu.Az xəbər verir ki, "Budyo Qlimt" klubu "Tottenhem"i, "Mançester Yunayted" isə "Atletik Bilbao"nu qəbul edib.

London təmsilçisi 0:2 hesabı ilə (ümumi hesab 1:5) meydan sahiblərindən üstün olub və adını finala yazdırıb.
"Qırmızı şeytanlar" isə 4:1 hesabı ilə (ümumi hesab 7:1) ispanları darmadağın edib və həlledici oyunda mübarizə aparmaq hüququ qazanıb. Beləliklə də, Avroliqanın builki finalında ingilis dueli olacaq. Xatırladaq ki, "Budyo Qlimt" ilə "Tottenhem" arasında keçirilən ilk oyun İngiltərə klubunun 3:1 hesablı qələbəsi ilə başa çatıb. Digər İngiltərə təmsilçisi "Mançester Yunayted" isə "Atletik Bilbao"nu səfərdə 3:0 hesabı ilə məğlub edib. Qeyd edək ki, turnirin final qarşılaşması mayın 21-də baş tutacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru