"Sizdən, həyat yoldaşını, oğlunu itirən, təkbaşına iki qız böyüdən bir ana kimi.." - Mehriban xanıma müraciət ...

8-12-2019, 08:38           
"Sizdən, həyat yoldaşını, oğlunu itirən, təkbaşına iki qız böyüdən bir ana kimi.." - Mehriban xanıma müraciət ...
Azərbaycan Respublikasının 1-ci Vitse Prezidenti
Mehriban xanım Əliyevaya

Hörmətli Mehriban Xanım!

Mən, Məmmədova Xanım Salman qızı 12.06.2015-ci tarixdə Babayev Emil Akif oğlundan ona vərəsəlik qaydasında keçən Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi, döngə 1, dalan 3 ev 5 ünvanında yerləşən 4 sot torpaq sahəsindən, 2 sot torpaq sahəsini 14 700,00 manata qızım Məmmədova Xatirə Tofiq qızına almışam. Həmin tarixdən mən, qeyd olunan torpaq sahəsi üzərində fərdi yaşayış evi tikərək, tikilməsinə təxminən 55 300,00 manat xərc çəkərək, ümumi torpaqdan birlikdə 80 000,00 xərc çəkmişəm. Həmin torpaq sahəsini mənə Əliyev Yaxçıbəy Ağamehdi oğlu adlı makler tapmışdır və problemsiz Babayev Emil Akif oğlunun adına çıxarış çıxan kimi, Məmmədova Xatirə Tofiq qızı (qızım) adına Alqı-satqı Müqaviləsinin notarial qaydada təsdiqlənməsini bildişmişdir. Mənim etibarımdan sui-istifadə edərək, mənə qarşı dələduzluq sxemi qurmuşdular.
Belə ki, Babayev Emil Akif oğlu, 2015-ci ildə mən narkotik vasitələrin istifadəsinə görə cinayət məsuliyyətinə cəlb olunaraq, bir il yarım azadlığdan məhrum edilmişdir. O çəzaçəkmə müəssisəsində olduğu zaman, Emil, yuxarıda adı çəkilən makler, dayısı və dayısı arvadı əvvəlcədən razılaşaraq, çəzaçəkmə müəssisəsinə notarius gətirdilər və həmin notariusun vasitəsi ilə Babayev Emil Akif oğlu Babayeva Afaq Fərhad qızına etibarnamə verir. Babayeva Afaq Fərhad qızı, verilən etibarnamədən istifadə edərək, qeyd olunan torpaq sahəsi barəsində Babayev İlqar Bəyəli oğlu ilə Bağışlanma Müqaviləsi bağlayaraq, qeyd olunan ünvanında yerləşən 53,5 kv.m olan evi 4 sot torpaq sahəsi ilə birlikdə axırıncının mülkiyyətinə vermişdir. Babayev İlqar Bəyəli oğlu 19.06.2017-ci il tarixində Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi, döngə 1, dalan 3 ev 5 ünvanında yerləşən 53,5 kv.m evi 0,0188 ha torpaq sahəsi ilə birlikdə Quliyev Vaqif Dağbəyi oğluna satmış və qalan 0,02 ha torpaq sahəsini (Məmmədova Xatirə Tofiq qızına satılan torpaq sahəsini) öz mülkiyyətində saxlamışdır.
Qeyd etmək istəyirəm ki, Babayev İlqar Bəyəli oğlu və Babayeva Afaq Fərhad qızı dəfələrlə qeyd olunan torpaq sahəsinə gələrək, mənim orda ev tikməmi görmüşdülər, həmin topraq sahəsinin Babayev Emil tərəfindən mənə satılmasını bilirdilər. Mən orda ev tikdiyim zaman, bunlar birləşərək, dələduzluq hərəkətlərinə davam edirdilər. Belə ki, 2015-ci ilin iyun ayında həmin torpaq sahəsini biz aldıqdan sonra, üzərində ev tikməyə başlamışdıq. Həmin ilin oktyabr ayında Babayev Emil etibarnaməni verir dayısı arvadına, o da öz növbəsində bu etibarnamə vasitəsi ilə 2015-ci ilin dekabr ayında qeyd olunan torpaq sahəsi barəsində əri arasında Bağışlanma Müqaviləsi bağlayır.
Bakı şəhəri, Xəzər rayonu, Binə qəsəbəsi, Q.B.Zakir küçəsi, döngə 1, dalan 3 ev 5 ünvanında yerləşən torpaq sahəsinin üzərində mənim tərəfimdən evin tikilməsini Şakir adlı usta (telefon nömrəsi: 070 242 77 76), İslam adlı usta (telefon nömrəsi: 051 707 44 00), qonşular Əzizova Roza (telefon nömrəsi: 070 881 20 12), Rzayeva Firəngiz və Xuraman adlı qonşular təsdiq edə bilər. Bundan əlavə qeyd olunan 4 sot torpaq sahəsindən, 2 sotunu alan Quliyev Vaqif Dağbəyi oğlu (telefon nümrəsi: 050 366 79 12), həmin torpaq sahəsinin mənə satılmasını və üzərində mənim tərəfimdən evin tikilməsini təsdiq edə bilər. Bundan başqa, Babayev Emil Akif oğlu öz əməllərini ört-bastır etmək üçün, öz dayısını 2018-ci ilin oktyabr ayında məhkəməyə verir və yuxarıda sadalanan etibarnamənin və müqavilənin etibarsızlığı məsələsini qaldırır.
Yuxarıda qeyd olunanlardan açıq aşkar olur ki, makler Əliyev Yaxçıbəy Ağamehdi oğlu, Babayev Emil Akif oğlu, dayısı Babayev İlqar Bəyəli oğlu və dayısı arvadı Babayeva Afaq Fərhad qızı əvvəlcədən birləşərək, məni aldadıb torpaq sahəsini mənə satıblar, mən orda ev tikdiyim zaman kənardan müşaiət edərkən, gizlicə həmin torpaq sahəsi barədə sənədləşdirmə işləri aparıblar, mən tikintini tam yekunlaşdırıb, təmir edib, həmin evə köçdükdən sonra, qeyd olunan evə yiyələnmək niyyətinə düşüblər. Hal-hazırda həmin evdən mənə çıxartmağa cəhd edirlər.
Hörmətli Mehriban xanım, ziyalı nəslin layiqli davamçısı, humanistlik və xeyirxahlıq təcəssümü olmağınızdan cəsarətlənərək, son ümid yeri kimi Sizə müraciət edirəm. Sizdən, həyat yoldaşını, oğlunu itirən, təkbaşına iki qız böyüdən bir ana kimi bu məsələnin obyektiv araşdırılması üçün mənə köməklik göstərməyinizi Xahiş edirəm.


Dərin hörmətlə, Məmmədova Xanım Salman qızı .
Teref.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.