"Günlər keçdi və Rahat-da hər dəfəsində çəki ilə olan süd məhsullarının ağzı açıq görürəm."
31-08-2020, 12:32

Teref.az yazır ki, şikayətçi vətəndaş Gülarə Əzimzadeh sosial şəbəkədə dərc etdiyi şikayətində yazır:
"Keçən günlərdə Rahat market-dən aldığım çəki ilə satılan şirin kəsmik və xamadan sabun dadı gəldiyini və özümü pis hiss etdiyimi yazmışdım. Bundan əlavə, üstü açıq satıla bilərmi deyə sual vermişdim. O postun davamı olaraq mənə Rahat-dan zəng gəldi. Bu haqda daha sonra aşağıda qeyd edəcəm.
Yenilikcə "Rahat"-dan "suxari" və feta pendiri aldım-suxari kimya dadı verir və feta pendiri ənənəvi sabun dadi. Fetanın sabun/kimya dozası o qədər güclü idi ki, bir dişləm aldığıma baxmayaraq çay içə belə bilmirəm hər şey o daddadı. Suxari zibil yeşiyinə getdi, pendir qaytarilacaq. Qida və pul israfı. Sağlamlığa ziyan və inam itkisi.
Sabun dadının hardan yarandığını marketlərdə təcrübəsi olan işçidən öyrəndim. Sən demə qablari yuyan qadınlar onu təmiz yumurlar, daha dəqiq yolaverən, ötəri, vecsiz. O qadınları qətiyyən qınamıram, rəhbərliyi qınayıram. Axı bu sabun dadı məsələsi (bəlkə də ximikatdı) xeyli insan tərəfindən şikayət olunub."

" "Rahat" marketin şöbə rəhbəri pafosla bu məsələni araşdıracağını bildirmişdi amma qapaq məsələsi kimi o da yalan və sözdə qaldı. Keçən dəfəki postumu "Rahat" market bu qrupdan sildirməyə (əminəm yalvar-yaxarla edib) nail olub amma, admin, çox nahaq.
İndi isə kadrarxası məsələ:
1. Xəbər saytları süd məhsulu sabun dadı postumu skrin edərək paylaşdı. O post 'public' olduğundan və mən "mətbuat tirajlaması/paylaşımı üçün deyl" yazmadığımdan xəbər saytlarında çap olundu.
2. Rahat Market Marketinq rəhbəri mənimlə əlaqə saxladı. Süd məhsullarının üstü açıq olduğuna təəccübləndi "ola bilər ki işçi məsuliyyətsizlik edib" deyə həmin yazıq işçini də 'baqaja' qoydular. Niyə baqaja? Çünki, işçiyə qutu qapağı verilib verilmədiyini soruşmuşdum.
3. Mətbuatda mənim bu qrupda postumun getdiyini də "Rahat" nümayəndəsi mənə xəbər verdi, üzrxahlıq etdilər, həmin məhsullardan yenisini hədiyyə də verə biləcəklərini söylədilər (gərək olmadığını dedim) və ən əsas BİR DAHA ÇƏKİ İLƏ OLAN SÜD MƏHSULLARININ AĞZI AÇIQ OLMAYACAĞINI söz verdilər. Bura qədər gözəl. Pakizə. Daha sonra mətbuatda məndən xəbərsiz yayımlanan xəbəri sildirməyi xahiş etdilər. Bunun mümkün olmayacağını bilsəm də səhvini anlayan supermarket üçün bir jest edərək xahiş etdim və əlbəttə razı olmadılar. Sonra məndən təkzib yazısı xahiş etdilər, sonra yoxa çıxdılar. Güman ki, xəbəri "sildirməyə" nail olublar deyə.
4. ən pisi "Aztimes.az" mətbuat nümayəndəsi mənə "Rahatla razılaşdınız?" sualını verdi. Mən isə nə barədə ? deyə xanıma rüşvətlə susdurulmadığımı eyham etdim. Daha sonra "Rahat" marketinq şöbə rəhbəri (adı, mobil nömrəsi və yazışma var) mənə həmin xəbərin silinməsi üçün bu "jurnalistlərin" gözləntisi (rüşvət, razılaşma) olduğunu dedi. Hal-hazırda xəbər silinib.
Günlər keçdi və Rahat-da hər dəfəsində çəki ilə olan süd məhsullarının ağzı açıq görürəm.
Rahat market oldu mənim üçün sıfır ve bir heç. Araz market anbarı da pis gündədi, Bizim marketin də. Hamınız bir bezin qırağısız.
Bu post mətbuata açıq verilə bilər.

ƏLAVƏ QEYD: bir qism insan xadimə tərəfində süd məhsulu qablarının yuyulmadığını deyir. Fərq etmir marketin xadiməsi ya məhsul istehsal olunan sexin xadiməsi. Fakt təmiz yuyulmadığından hamımız o sabun dadında məhsulu atırıq. Elə insan var ki, o dadı, iyi hiss etmir, məsələn, bizim ailədə bir nəfər hiss etmir. Lakin sonradan ürək bulantısı, mədə ağrısı yaşayır."
Teref.az olaraq adları çəkilən şəxs və qurumların mövqeyini işıqandırmğa hazırıq!
Teref.az