Mərdəkanda asfalt çəkilişindən necə pul qazanırlar? – Büdcəni belə talayırlar Təfərrüat + FOTOLAR

31-08-2020, 15:31           
Mərdəkanda asfalt çəkilişindən necə pul qazanırlar? – Büdcəni belə talayırlar Təfərrüat + FOTOLAR
Paytaxtın Xəzər rayonu, Mərdakan qəsəbəsində aparılan abadlıq işlərinin keyfiyyətsizliyi narahatlıq doğurur. Teref.az bildirir ki, Mərdəkanda yolların asfaltlanması sözün həqiqi mənasında korrupsiya vasitəsinə çevrilib. Belə ki, asfalt əsası olmadan tökülür. Bu isə o deməkdir ki, yola döşənmiş asfalt qatı elə birinci yağışdaca tam dağılacaq.

Ərazidən çəkilmiş fotolardan da göründüyü kimi sadəcə zibil yığının və qumun üzərinə asfalt tökmək dövlət vəsaitini dağıtmaqdan başqa heç bir məqsədə xidmət etmir. Bu isə ölkə Prezidenti cənab İlham Əliyevin yerli təşkilatlar qarşısında qoyduğu tapşırıq və göstərişlərin nümayişkaranə şəkildə pozulmasıdır.

Daxil olan məlumatda həmçinin bildirilir ki, görülən işlər üçün kifayət qədər dövlət vəsaiti ayrılsa da ərazidəki bağ sahiblərinin hər birindən 250 manat tələb edilir. Vətəndaşların ciddi narazılığına səbəb olan bu qanunsuz tələbin konkret olaraq kimlər tərəfindən edildiyi haqda isə ətraflı məlumat verəcəyik. /Sfera.az/




















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru