Azərbaycan Beynəlxalq Bankı müştəriləri "bəla" -ya salır - İTTİHAM...

3-09-2020, 00:06           
Azərbaycan Beynəlxalq Bankı müştəriləri "bəla" -ya salır - İTTİHAM...
Teref.a xəbər verir ki, sosial şəbəkə istifadəçisi Fərid Rüstəmzadə (Fərid Rustamzadə) Azərbaycan Beynəlxalq Bankının bərbad xidmətindən şikayətçidir.
Fərid Rüstəmzadə öz statusunda Azərbaycan Beynəlxalq Bankıının onun başına açdığı oyunu belə nəql edir:

"Şikayətim Azərbaycan Beynəlxalq Bankı'ndandır.

Demək, bu gün saat 11:25-də cash by code'la İmişli rayonuna pul göndərdik. Pulu göndərdiyim adam kodu yazdıqdan sonra bankomat yarım saat "pul hazırlanır" bildirişi göstərsə də, pulu çıxarmaq mümkün olmayıb.

Bankın regional ofisində problemə görə məsuliyyət daşımadıqlarını dedilər. 2 saatdan çoxdur Beynəlxalq bankın və Azericard'ın müştəri xidmətləri ilə danışırıq, hamısı bir-birinin üstünə atıb problemi həll etməkdən boyun qaçırırlar. Pulu göndərdiyimiz adamın isə əməliyyatda xəstəsi var, ödəniş etməlidir, məcbur bankomatın qarşısında gözləyir. Beynəlxalq Bank və Azərikart isə nə köçürmə əməliyyatını sonlandırır, nə də pulu geri qaytarır."

"Şirkətin öz texniki nasazlığı ucbatından baş verən problemə görə müştəri pul və hətta can itirə bilər. Bunun məsuliyyətini şirkət rəhbərliyi necə daşıyacaq?!"
Teref.az olaraq adları çəkilən qurumların mövqeyini işıqlandırmağa hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.