“FETÖ kabus”u Beyləqan təhsilini bir birinə qatdı – MÖVQE
9-01-2021, 00:01

Əziz isləyicilərimiz, xatırlayırsınızsa iki gün öncə saytımızda (realmedia.az-red) “Beyləqan təhsilində FETÖ kabusu: Məktəb direktoru ilahiyyətçini lobarant kimi təhsilə yerləşdirməkdə məqsədi nədir?” sərlövhəli yazı dərc edilmşdir. Qeyd edək ki, əslində həmin yazıda Beyləqan rayon Dünyamalılar kəndində yaşayan, SDU-nin fizika ixtisası, yəni elmi fəaliyyət istiqaməti üzrə bakalavr, Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) pedoqoji fəaliyyət ixtisası üzrə ixtisasartıma kursu keçərək, fizika müəllimliyi dərəcəsi almış Cəlilzadə Səidə Fikrət qızının üzləşdiyi problemlər əks olunur.
Belə ki, Cəlilzadə Səidə Fikrət qızı ərizə ilə Beyləqan Rayon Təhsil Şöbəsinə müraciət edərək Ə. Şirinov adına 1 saylı Dünyamallar kənd tam orta məktəbində müvafiq işlə (lobarant kimi) təmin olunmasını TŞ müdiri Suliddin Əsgərovdan xahiş edir. Lakin TŞ müdiri Cəlilzadə Səidə Fikrət qızının ərizəsinə cavabı heç də ədalətli olmur. Suliddin Əsgərov Səidə xanıma ünvanladığı cavab məktubunda həmin məktəbdə lobarant ştatının yüklü olduğunu yazır. Hansı ki, Cəlilzadə Səidə Fikrət qızı həmin məktəbdə laborant işləyən Cəmilə Rüstəmovanın yaş həddinə görə əmək müqaviləsinə xitam veriləcəyini əvvəlcədən bildiyi üçün Təhsil Şöbəsinin müdirinə ünvanladığı ərizəsində məhz həmin işlə təmin olunmasını xahiş edir. Lakin Beyləqan Rayon Təhsil Şöbəsi, ona qanedici cavab verimir. Və yazır ki, həmin məktədbə vakant yer yoxdur. Bilə – bilə ki, 12 gündən sonra məktəbdə lobarant ştatı boşalacaq.
Lakin və ancaq…
Təhsil Şöbəsinin müdiri Suliddin Əsgərov və məktəb direktoru Gülxarə Niftəliyeva bir neçə gündən sonra məktəbdə uzun illər xadimə işləyən Nigar Tağıyevanın əmək müqaviləsinə dəyişiklik edərək, onu laborant təyin edirlər. Həmin məqalədə Nigar Tağıyevanın ali təhsilli olduğu, onun ilahiyyəti bitirdiyi də verilən məlumatlar sırasında idi. Və bundan dolayı da Nigar Tağıyevanın məktədbə lobarant və ya müəllim işləmək hüququna malik olmadığı vurğulanırdı.
Belə olan halda da ilahiyyati bitirmiş birinin ümumitəhsil müəssisəsində necə laborant təyin edilməsi haqlı sual doğurmuşdur. Hərçənd ki, ilahiyyəti bitirmiş birinin ümumi təhsil məktəblərində lobarant və ya müəllimə kimi işləməsi məsələsinə münasibətdə ən obyektiv cavab Təhsil Nazirliyinin üzərində qalır. Hər halda bizim bildiyimiz bir tək odur ki, ilahiyyət üzrə təhsil alan birinin lobarant işləməsi doğru hal deyil. Yalnız o halda işləyə bilər ki, ilahiyyəti bitirmiş şəxs BDU-nin bitirmiş ola. Bakı İslam Univerisitetini bitirən şəxsin isə ümumtəhsil məktəblərində pedaqoji fəaliyyətlə məşğul olmasına yol verilmir. Onlar işləsə – işləsə ən yaxşı halda elə xadiməçi işləyə bilər. Olmaya ki, TŞ-ya yenicə müdir təyin olunmuş Suliddin Əsgərov Beyləqan məktəblərində mollaxanalar və ya mərsiyəxanalar açmaq sevdasına düşüb?
Əslində redaksiya olaraq düşünürdük ki, saytımızda dərc edilmiş yazı ilə bağlı, həm Beyləqan Rayon Təhsi Şöbəsi, həm də məktəb direktoru qarşı tərəf kimi öz mövqelərini əks arqumenti kimi ortaya qoyacaqlar. Hansı ki, biz hər bir yazının sonunda “tərəflərin mövqeyini dinləməyə və dərc etməyə hazırıq” yazıb qarşı tərəfə açıq olduğumuzu və onların mövqelərini hər zaman dinləməyə və dərc etməyə hazır olduğumuzu qeyd edirik. Ancaq nədənsə, indiyə qədər nə Beyləqan Rayon Təhsil Şöbəsi, nə də məktəb direktoru hələ də qarşı tərəf kimi mövqelərini bildirməyiblər. Bəlkə də susmağı qızıl biliblər.
Ötənki yazımızda ciddi sensasiaya yaradan məqamlardan biri də “FETÖ” məsələsi idi. Biz həmin yazımızda qeyd etmişdik ki, “olmaya məktəb direktorunun məqsədi birilərini bu adla təhsil sisteminə yerləşdirib məktəbdə gizli ilahiyyət dərs açmaq və bu yolla da, məsələn, gələcəyin “FETÖ”çularını hazırlamaqdır?” sualı ilə yazdığımız hissə bəzi anlaşılmamazlığa səbəb olub. Bir çoxları, hansı ki dırnağ arasında yazdığımız “FETÖ”çu sözünün elə anlayıb ki, güya biz həmin sözü Nigar Tağıyevanın şəxsinə qarşı ünvanlandırmışıq. Əslində, bu yalnış anlaşmadır! Məqsədimiz o da deyil ki, biz Nigar Tağıyevaya ““FETÖ””çu damğası vuraq. Əsla! Sadəcə olaraq, Nigar Tağıyevanın ali təhsilli ilahiyyətçi (islamşünas)olmağına və ilahiyyətçi təhsilli birinin isə ümumtəhsil məktəbində lobarant kimi, hansı ki, onun aldığı ərəbşünaslıq təhsili hazırda ümumtəhsil məktəblərində tədris olunmayıb və hazırda da onun “lobarant” işləməsi doğru olmadığından, eləcə də ilahiyyəti (dini təhsil üzrə) bitirmiş bir çox şəxslər yüksək vəzifələrə təyin oluduğu və sonradan da onların FETÖ-ilə əlaqəli olduğları ortaya çıxdığından, belə bir qənaət formalışır ki, olmaya məktəb direktorunun da məqsədi birilərini bu adla təhsil sisteminə yerləşdirib məktəbdə gizli ilahiyyət dərs açnınmaq və bu yolla da, məsələn, gələcəyin “FETÖ”çularını hazırlamaq niyyəti güdməkdir. Söhbət məktəb direktorunun əməlidən, məqsəd və niyyətindən gedir. Nigar Tağıyevnın şəxsində yox.
Əslində, bu və digər məsələlərlə bağlı Beyləqan rayon Təhsil Şöbəsinin mövqeyini gözləyirdik. Görünür, TŞ – si mövqeyini ifadə etməkdə zorlanıb. Bu da onların bir daha məsuliyyətsizliyinin göstəricisidir. Ancaq yazıda adıçəkilən Nigar Tağıyeva məsələylə bağlı mövqeyini redaksiyamıza göndərmişdir. Redaksiya olaraq qarşı tərəfin mövqeyini dərc etmək peşə borcumuz olduğundan Nigar Tağıyevanın saytımızın elektron poçt ünvanını vasitəsilə ünvanladığı mövqeyini dərc edirik: “Mən,Tağıyeva Nİgar İsgəndər qızı 1978-ci ildə Beyləqan rayon Dünyamalılar kəndində ziyalı ailəsində anadan olmuşam. Dünayamalılar kənd 1 nömrəli tam orta məktəbini bitirdikdən sonra 1995-2000-ci illərdə Bakı İslam Universitetində islamşünaslıq və ərəb dili müəllimi ixtisası üzrə tam təhsil almışam. Ali təhsilimi başa vurduqdan sonra ixtisasım üzrə işləmək üçün rayon rəhbərliyinə dəfələrlə müraciət etmişəm. İxtisasım üzrə işlə təmin olunmadığım üçün 2009 -cu ildən Dünyamalılar kənd Ə.Şirinov adına 1 saylı orta məktəbində texniki işçi(xadimə)kimi çalışmışam.2020-ci ilin noyabr ayından məktəbdə laborant vəzifəsinə keçirilmişəm.
Bu günlərdə Realmedia.az saytında dərc olunan məqalədə mənim haqqımda qərəzli və həqiqəti əks etdirməyən fikirlər irəli sürülüb. Maraqlıdır ki ,TQDK universitetlər siyahısında olan dövlət tərəfindən ali təhsil müəssindən aldığım diploma niyə kölgə salmaq istəyirsiniz. Mənim ali təhsilimə şüphəniz varsa, bu artıq mənim yox sizin probleminizdir. Mənim təhsilimlə,fəaliyyətimlə bağlı hər hansı yoxlamalara hazıram. Çünki dövlətimə və onun qanunlarına inaniram,güvənirəm.
Hörmətlə,Nigar Tağıyeva”
Redaksiyadan: Göründüyü kimi, Nigar Tağıyeva redaksiyamıza ünvanladığı arqumentində də qeyd edir ki, Bakı İslam Universitetində islamşünaslıq və ərəb dili müəllimi ixtisası üzrə tam təhsili alıb. Belə desək, dini elmə yeyələnib. Məhz ali təhsilini başa vurduqdan sonra ixtisasım üzrə işləmək üçün rayon rəhbərliyinə dəfələrlə müraciət etsə də, ixtisası üzrə işlə təmin olunmadığında, 2009 -cu ildən Dünyamalılar kənd Ə.Şirinov adına 1 saylı orta məktəbində texniki işçi(xadimə)kimi işlə təmin olunub. Və 2020-ci ilin noyabr ayından isə məktəbdə laborant vəzifəsinə transver olunub. Əslində biz də bunu yazmışıq.
Lakin və ancaq…
Nigar Tağıyeva eyni zamanda da yazır ki, güya bizim niyyətimiz onun TQDK universitetlər siyahısında olan dövlət tərəfindən ali təhsil müəssindən aldığı diploma kölgə salmaqdır. Hətta yazır ki, onun ali təhsilinə şübhəmiz varsa, bu artıq onun yox, bizim probleminizdir.
Məhz redaksiya olaraq bu məsələyə münasibətimizi açıq olaraq ortaya qoyaraq Nigar Tağıyevaya bildiririk ki, bizim nə sizin oxuduğunun universitetə, nədə ki, ali təhsil diplomunuzun legitimliyinə heç bir şübhəmiz yoxdur. Heç bu haqda yazdığımız yazıda da bir kəlmə nəsə yazmamışıq. Siz bunu hardan oxudunuz ki, biz sizin oxuduğunuz ali təhssil müəssisəsini və diplomunuzu şübhə altına almışıq? Elə bizim də yazdığımız sizin ilahiyyətçi olmağınız və bu ixtisasla da necə lobarant işləməyinizdir.Ta bizim sizin diplomunuzla, ali təhsil aldığınız Bakı İslam Universitetilə nə işimiz var.
İndi özünüz də etiraf edirsiniz ki, Bakı İslam Universitetinin “islamşünaslıq” və “ərəb” dili müəllimliyi ixtisası üzrə təhsil almısınız. Elə bizim də deməyimiz bu idi. Əcaba, bizdə də maraq doğuran TŞ-nin sizi necə lobarant kimi işlə təmin etməsidir. Nəzərinizə çatdıraq ki, Bakı İslam Universiteti — Azərbaycanda ali dini tədris müəssisəsi olub. Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından sonra 2018-ci ildə fəaliyyətini dayandırıb. Eləcə də universitetdə “İslamşünaslıq” və “Şəriət” fakültələri fəaliyyət göstərib. 1995-ci ildən universiteti bitirən tələbələrdən 450 nəfəri xarici ölkələrdə təhsil almağa göndərilib.
Yazıda adı keçən Beyləqan Rayon Təhsil Şöbəsinin və Ə. Şirinov adına 1 saylı Dünyamallar kənd tam orta məktəbinin direktoru Gülxarə Niftəliyevanın mövqeyini də dinləməyə və dərc etməyə hazırıq.
Mövzuya qayıdacağıq.
RealMedia.az