“SAB” kolbasası aldı, içindən görün nə çıxdı - FOTO

9-01-2021, 10:06           
“SAB” kolbasası aldı, içindən görün nə çıxdı - FOTO
“SAB” firmasının “Səyyah” əmtəə nişanlı kolbasalarını tez-tez alan istehlakçı Sona Fərəcova sonuncu dəfə şoka düşüb.
Reportyor.info-nun məlumatına görə, müştəri məhsulu evə gətirib kəsəndə içində göy rəngdə qəribə bir yad cism aşkarlanıb.
S.Fərəcova deyib ki, artıq bitdi, bu qədər vecsizlik olmaz: “Səhifələrində də paylaşmışam, heç baxan belə olmayıb. Bəlkə də heç veclərinə deyil. Məqsədiniz nədir sizin?”
Vətəndaşın təqdim etdiyi fotodan da görünür ki, “SAB” kolbasasının içində yarpağa bənzər nəsə çıxıb.
Ümumiyyətlə, son dövrlər kolbasa şirkətlərindən şikayətlər artmaqdadır.















Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru