Əhalinin sosial müdafiəsini təmin etməli olan Nazirlikdə KÜTLƏVİ İXTİSAR: - Əməkdaşlar etiraz edir

9-01-2021, 11:38           
Əhalinin sosial müdafiəsini təmin etməli olan Nazirlikdə KÜTLƏVİ İXTİSAR: - Əməkdaşlar etiraz edir
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində işçilər kütləvi ixtisara məruz qalır.

Yenicag.az-a daxil olan məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində (ƏƏSMN) işçilərin kütləvi şəkildə ixtisar edilməsi ciddi narazılığa səbəb olub.

Belə ki, əhalinin sosial vəziyyətinin çətinləşdiyi pandemiya dönəmində işsiz qoyulan əməkdaşlardan bəziləri Nazirliyə gedərək öz etirazlarını bildiriblər.

Redaksiyamıza daxil olan videodan da aydın görünür ki, Nazirliyin binasında heç bir səbəb göstərilmədən ixtisara salınan əməkdaşlara müəyyən təzyiq göstərilir.

Bu məsələni dəqiqləşdirmək üçün sözügedən Nazirliyin mətbuat xidmətinin rəhbəri Fazil Talıbovla əlaqə saxlamağa çalışsaq da, cəhdlərimiz uğursuz olub.

Qeyd edək ki, prezident İlham Əliyevin pandemiya dönəmində işçilərin ixtisar olunmaması haqda tövsiyəsinə baxmayaraq, əhalinin sosial müdafiəsini təmin etməli olan ƏƏSMN-də kütləvi ixtisar həyata keçirilir.

Mövzunu davam etdirəcəyik.













Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru