Tərtərdə etiraz: Prezidentin ayırdığı pulları icra hakimiyyəti hara xərcləyir? - VİDEO

10-01-2021, 03:53           
Tərtərdə etiraz: Prezidentin ayırdığı pulları icra hakimiyyəti hara xərcləyir? - VİDEO
Ölkə rəhbərinin erməni terrorundan əziyyət çəkən insanlar üçün ayırdığı pullar aidiyyatı üzrə xərclənmir.

Oxu24.com xəbər verir ki, bu iddia ilə bir qrup Tərtər rayon sakinləri çıxış edib. Belə ki, rayonun Əskipara kənd sakinləri bildiriblər ki, Prezidentin ayırdığı pullar icra hakimiyyəti tərəfindən düzgün istifadə olunmayıb.Bir neçə kənd sakini video çəkərək bildirib ki, onlarn evinə bir neçə min manat ziyan dəydiyi halda onlara cəmi 1000 manat pul verilib.Sakinlər iddia edib ki, kənddə heç bir ziyan dəyməyən,yaxud az miqdarda ziyan dəyən evlərə 10-15 min manat miqdarında pul ayrılıb.

Məlumat üçün bildirək ki,Tərtər rayonu erməni terrorundan ən çox ziyan çəkən rayondur.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru