“Torqovı”da insanların həyatı təhlükədə-FOTO

6-08-2021, 07:01           
“Torqovı”da insanların həyatı təhlükədə-FOTO
Bakı şəhəri Səbail rayonu ərazisində, əsasən də “Torqovı”da qanusuz olaraq küçə ticarəti ilə məşğul olan obyektlərin fəaliyyət göstərməsi, orada əhalinin təhlükəsizliyinin nəzərə alınmaması və müvafiq dövlət orqanlarının bu məsələyə göz yumaraq qanunsuzluğa şərait yaradılması barədə aktualxeber.az-ın redaksiyasına məlumat daxil olmuşdur. Faktla bağlı ərazidə çəkiliş aparılmış və qanunsuz küçə ticarətinin fəaliyyəti aşkarlanmışdır.
Belə ki, “Torqovı”da son vaxtlar saat 6-dan sonra küçələrin düz ortasına qoyulmuş arabaların sayı getdikcə artıb. Bu arabalara nəzər yetirdikdə diqqətə çarpan ilk mənzərə insanların sağlamlığı və həyatının böyük risk altında olduğu görünür. Görəsən Qida Təhlükəsizliyi Agentliyi və polisimiz hara baxır? Yoxsa elə bu şəraiti onlar yaradıb? Bu arabalarda satılan məhsullarda heç bir sanitar və epidemioloji qaydalara əməl edilmədiyi, məhsulu bişirmək üçün olan yağın günlərlə dəyişdirilməməsi insanların sağlamlığı üçün ən böyük təhlükədir. Bundan daha təhlükəlisi isə +40 dərəcə istinin altında və açıq havada olan azot çənləri diqqətimizi çəkdi. Bu çənlərdən istifadə üçün hec bir standarta uyğun nasoslar yoxdur və günəş altında bu çənlər partladığı halda “Torqovı”da yəqin ki, bomba effekti alınar. Arabalarin ora yerləşdirilməsi razılığını verənlər üçün insanların təhlükəsizliyinin və sağlamlığının bir əhəmiyyəti olmadığını gördük. Görəsən Səbail polisi bu ərazidə bir hadisə baş versə günahı kimin üzərinə atacaq?
KİV olaraq ölkə ərazisində baş verən qanunsuzluqları, neqativ halları aşkara çıxararaq ictimaiyyəti və müvafiq dövlət orqanlarını bu qanunsuzluqlar barədə məlumatlandırmaq vəzifəmizdir. Düşünürük ki, yaxın günlərdə bu qanunsuz ticarət obyektlərinin fəaliyyəti dayandırılaraq, bu şəxsləri himayə edənlər şəxslər isə cəzalandırılar.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.