Beyləqan polisində narkotik tələsi: rəis saxlanılan şəxsdən 4500 manat aldı və...
20-03-2016, 15:04
Beyləqan Rayon Polis Şöbəsinin (PPŞ) rəisi Əlkun Məmmədov narkotiklə saxlanan rayon sakinindən rüşvət alaraq qanunlara qarşı çıxıb. Bu barədə azerinews.org-a hadisə şahidlərindən biri məlumat verib. Onun dediyinə görə 4500 manat alınan şəxs dərhal da Polis şöbəsindən çıxıb evinə gedib. Bunadan başqa rüşvətlə məşğul olan məlum şəxslər - rayon narkotiqlərlə mübarizə şöbəsinin rəisi Namiq Hacıyevin otağından lazımı səndləri götürərək məhv ediblər. Məlumatlı şəxs onuda bildirir ki, namiq Nacıyev məzuniyyətə gedəndə otağının açarların sahə müvəkkili Qərib Musayevə verib. Cənab Musayevdə rüşvət hesabına həmin sənədləri otaqdan çıxarıb. Hadisə ilə bağlı DİN-ə yazılı məlumat verilsədə, cavabdeh şəxslərlə bağlı heç bir tədbir görülmədiyi də verilən məlumatlar arasındadı...
Xatırladaq ki, narkotiklə saxlanılan həmin şəxs Cinayət Məcəlləsinin 234.1 (satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə və ya saxlama, satma) maddələri ilə təqsirlidir. Rüşvətlə iş görən Əkun Məmmədova gəldikdə isə o, Cinayət Məcəlləsinin 311.1-ci (rüşvət alma) maddəsi ilə təqsirli sayılır...
Beyləqan polisində narkot tələsi: rəis saxlanılan şəxsdən 4500 manat aldı və...
İnanırıq ki, Baş Prokurorluq hadisə ilə bağlı ciddi araşdırmalar aparacaq və qanuna qarşı olan polis əməkdaşları ciddi cəzalanırılacaq...
Yazıda adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq
Azerinews.org