Nizami rayonunda “yaşıl terror” – Gecələr ağacları kim qırır? – FOTOLAR
20-03-2016, 18:59
Ötən həftə bir sıra media orqanlarında “Zaman Azərbaycan”a istinadən “Bakının Nizami rayonunda ağacları qıranlar kimə güvənirlər?” adlı məqalə dərc olunmuşdu. Həmin məlumatda qeyd edilirdi ki, Nizami rayonu, Qara Qarayev prospektində – “8-ci kilometr bazarı”nın yaxınlığında ağacların qırılması faktı qeydə alınıb. Bundan başqa, hazırda metronun “Neftçilər” stansiyasından üzü “Xalqlar dostluğu” istiqamətinə gedəndə yolun sağında, 9 mərtəbəli binaların qarşısındakı yaşıllıqlar da məhv edilir və yerində təyinatı hələ bəlli olmayan obyektlər tikilir. İndi isə bazar sırasında olan yaşıllıqlar üçün təhlükə yaranıb.
Ekologiya Nazirliyi isə hadisə ilə bağlı araşdırma apararaq faktı təsdiqləyib. Nazirliyin açıqlamasında deyilir: “Aydın olub ki, doğurdan da, Nizami rayonu, Qara Qarayev prospekti – 101 ünvanında ağacların qırılması faktı həqiqəti əks etdirir. Ərazidə obyekt tikilməsi məqsədi ilə bir neçə ağac qırılıb. Həmçinin, “ərazidə araşdırma aparılaraq müəyyən edilib ki, eldar və sərv ağaclarını qıran şəxs Naxçıvan Muxtar Respublikası, Şərur rayonunun Vərməziyar kənd sakini – sahibkar Əhmədov Mayis Ənvər oğludur.
Faktla əlaqədar nazirlik tərəfindən İnzibati Xətalar Məcəlləsinin müvafiq maddələri ilə ona fiziki şəxs qismində cərimə tətbiq edilmişdir”. Ərazidə inşaat işlərinin dayandırılıb-dayandırılmayacağı ilə bağlı nazirlik yetkilisinə verilən suala isə belə cavab verilib: “Bizim səlahiyyətimiz yalnız ağacların qırılması ilə bağlı cərimə tətbiq etməkdən ibarətdir”. “”Yaşıl soyqırıma” icra başçısının ən yaxın adamlarından biri, Nizami rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsinin müdiri Tariyel Tahirov birbaşa rəhbərlik edir” Arqument.Az-a daxil olan məlumata görə əslində sahibkar Əhmədov Mayis Ənvər oğlunun cərimələnməsi Nizami rayon icra başçısı Arif Qasımovun və “komandasının” yeni bir oyunudur. Belə ki, icra başçısı kəsilən sərv və şam ağaclarına görə kimlərinsə cərimələnməsi yolu ilə vəziyyətdən çıxırlar.
Əslində isə ərazidə “yaşılsoyqırımı” aparan Nizami rayon İcra Hakimiyyətidir və “yaşıl soyqırıma” icra başçısının ən yaxın adamlarından biri, Nizami rayon İcra Hakimiyyətinin Təsərrüfat Şöbəsinin müdiri Tariyel Tahirov birbaşa rəhbərlik edir. Hətta iddalara görə Nizami rayonunda ağacları gecələr Tariyel Tahirovun işçiləri kəsirlər və bundan da icra başçısı Arif Qasımovun birbaşa xəbəri var. Çünki vaxtı ilə Nizami rayonunda Bələdiyyə sədri vəziəsində işləyən Arif Qasımov bu cür “əməliyyatları” çox həyata keçirib. İcra başçısının komandasına çox yaxın olan bir sahibkarın verdiyi dəqiq bilgiyə görə ərazidəki ağac soyqırımını Nizami rayon icra hakimiyyətinin təsərrüfat şöbəsinin müdiri Tariyel Tahirovun işçiləri həyata keçirirlər.
Onlar satış məqsədi ilə seçilən və artıq müştəisi olan ərazidə gecələr mütəmadı olaraq bir neçə ağac qırıb yoxa çıxartmaqla ərazini bir müddətdən sonra tamamilə “təmizləirlər”. Bundan sonra isə ərazinin yeni sahibi ortaya çıxır və ərazini çərləyərək işiə başlayır. Son olaraq sayt Ekologiya və Təbii Sərvətlər Naziliyinin cərimələdiyi sahibkar Əhmədov Mayis Ənvər oğluna gəlincə, mənbə bildirir ki, məsələ mətbuata çıxdığına görə icra başçısı məcburən sahibkarı irəli verib. Bununla da təhlükəni özündən sovuşdurub. Mediada yayılan məlumatlara görə, Tariyel Tahirov Nizami rayonuna Siyəzən rayon icra hakimiyyətinin müavini vəzifəsindən gəlib. O, Arif Qasımovun “qara kassası” kimi tanınır.
Siyəzən rayonunda icra hakimiyyətinin həyata keçirtdiyi bütün tikinti, təmir işlərinə və büdcə təşkilatlarına nəzarəti də məhz Tariyel Tahirov həyata keçirib. İndi isə o köhnə işini Nizami rayonunda davam etdirir. Belə ki, Arif Qasımov və yaxın adamları rayoun bütün ərazilərinə tökülərək boş yerlərin hamısını qeydiyyata alaraq zəbt edirlər. Çünki uzun müddət indiki Nizami rayonuna icra başçısı gələcəyini xəyal edən Arif Qasımov bu gün istəyinə çatmaqla bərabər, yerdə qalan boş əraziləridə məhz “mənim olmalıdır” anlayışı ilə işləyir. Bundan başqa, Arif Qasımovun icra başçısı təyinatından sonra bu rayonda gizli qumarxanaların sürətlə artdığı və müntəzəm olaraq mediada gündəmə gəlməsi diqqət çəkir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi faktı təsdiqləyərək “Qara Qarayev prospekti” – 101 ünvanında ağacların qırıldığın bildirib, amma Nizami Rayon İcra Hakimiyyəti bu barədə açıqlama verməyib. Arqument.Az