Kapital Bank Sabirabad müəllimlərinin maaşına əl qoyub - ŞİKAYƏT
24-03-2016, 09:31
teref.az Sabirabad təhsilində baş verən neqativ hadisələrdən çox yazıb. Ümumən heç elə bil Sabirabad rayonunda Azərbaycan qanunları keçərli deyil. İstəyir təhsildə istəyir bu rayonun haq-ədalətində. Ədalətsizliyin baş alıb getməsi haqqında şikayət məktubunu TEREF.İNFO olaraq sizə təqdim edirik. Şikayətçi yazır:
Onlarla müəllimin hüququ Kapital Bank ASC-nin Sabirabad filialının əməkdaşları və M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin direktoru Mustafayeva Diləfruz Əbil qızı tərəfindən pozulmuşdur.01.07.2015 il tarixindən zərərçəkən müəllimlər Sabirabad Rayon Prokurorluğuna şikayət ərizələri ilə rəsmi surətdə müraciət etmişlər.Sabirabad rayonu M.Ə.Sabir adına 1 saylı tam orta məktəbin direktoru Mustafayeva Diləfruz Əbil qızı.bir qrup müəllimlərə qarşı dələduzluq edilməsi faktlarına görə 15 iyul 2015-ci il tarixdə Diləfruz Mustafayeva barəsində Azərbaycan Respublikası CM-nin 178.2.4-cü maddəsi ilə Sabirabad rayon polis şöbəsinin istintaq bölməsinin baş müstəntiqi Şahin Abdulov tərəfindən cinayət işi başlanmışdır.
teref.azya müraciət edən şikayətçi sonra yazır, 04 sentyabr 2015-ci il tarixdə Diləfruz Mustafayeva Azərbaycan Respublikası CM-nin 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmuş, Sabirabad rayon məhkəməsinin həmin tarixli qərarı ilə barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Lakin 05 sentyabr 2015-ci il tarixdə bu qərar dəyişdirilərək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuşdur. Onu da qeyd edim ki,bu cinayət işinə əlavə olaraq 308.1 maddəsi ilə 06.12.2015-ci il tarixində Sabirabad rayon Prokurorluğu tərəfindən sabiq direktora qarşı ittiham elan olunmuşdur. 2015-ci ilin dekabr ayında bu cinayət işinin gedişatının düzgün aparılmadığı üçün zərərçkən müəllimlərin Baş Prokurorluğa edilən əsaslı şikayətlərindən sonra Cinayət işi Sabirabad Polis şöbəsindən alınaraq Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin mühüm işlər üzrə böyük müstəntiqinin icraatına verilmişdir.
teref.azya yazan şikayətçi əlavə edərək yazır,zərərçəkən müəllimlər qaldırilmış cinayət işinin istintaq mərhələsinin doqquz aydan çoxdur ki davam etməsi ucbatından əmək haqqlarını plastik kartdan ala bilmirlər,çünki Kapital Bank maaş köçən kimi kredit məbləği tutulur,dəfələrlə rəsmi surətdə Bank rəhbərliyinə müraciət olunsada heç bir nəticə olmamışdır.Biçarə qalan müəllimlərdən bəziləri Sabirabad rayon məhkəməsinə rəsmi surətdə müraciət edərək mülki iş üzrə iddia qaldırmışlar ,sabiq cinayətkar direktorun ev dustaqlığı Sabirabad Rayon Məhkəməsi tərəfindən hər dəfə artırıldığı üçün, maddi rifahımızın acınacaqlı vəziyyətə düşmüşdür.
Sabirabad rayonu.
Qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!
teref.az