Zərdabda zaman axarını dayandırıb - Orta əsrlər hökm sürür

27-03-2016, 17:54           
Zərdabda zaman axarını dayandırıb - Orta əsrlər hökm sürür
Azərbaycan kiçik bir ölkə olmasına baxmayaraq, onun hələ də tanınmayan bölgələri var. Bu gün Zərdab deyəndə əksəriyyət insanlar belə bir rayon olduğunu, onun harada yerləşdiyini bilmirlər.

Zərdabdakı həyat sanki orta əsr dövrünü xatırladır. “Sehirli xalat” filmində bir qrup şagird keçmişə getmək, oradakı yaşayışı görmək üçün sehirli xalat geyərək bunu reallaşdırır. Müasir dövrümüzdə isə orta əsr yaşayışını görmək istəyənlərin sadəcə olaraq Zərdaba gəlməsi kifayətdir.
Bu gün Zərdabda həyat çox pis vəziyyətdədir. Əhalinin 80 %-ni kasıb əhali təşkil edir. İşsizlik qüvvəsi isə günü-gündən artır. İşsizliyin aradan qaldırılması, yeni iş yerlərinin açılması üçün heç bir iş görülmür. Sadəcə olaraq uşaq başı aldadırmış kimi görülən bir-iki iş...

İlham Əliyev axırıncı çıxışında iqtisadi islahatlar olacağını, rayonlarda yeni iş yerlərinin açılacağını demişdi. Bizim rayona baxdıqda isə bu işi görəcək kimisə tanımırıq. Bunu yerinə yetirmək şiri ot yeməyə məcbur etmək kimi görünür.

Zərdabın acınacaqlı vəziyyəti buraya gələn yoldan belə hiss olunur. Rayona gələn yolun bərbadlığı bir saat-bir saat yarım vaxt itkisinə səbəb olur. Rayonun içindəki yollardan isə danışmağa dəyməz...

Hər il bütün bölgələrə pul ayrıldığı kimi Zərdaba da külli miqdarda pul ayrılır. Ayrılan bu pullarla çoxlu işlər görülməsinə baxmayaraq, görülən işlərin, xərclənən pulların heç biri rayon üçün sərf olunmur. Sadəcə bəzi rayon nümayəndəliklərinin özləri üçün tikdirdikləri evlər və obyektlər istisna olmaqla.

Zərdabdakı şərait əhalinin vəziyyətiylə yekunlaşmır. Rayon sakinlərinin nə gedə biləcəyi normal park, nə də adı olub özü olmayan “Kür” çayının sahili...
BakuNews.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.