Salyanda bayraq biabırçılığı - Tərs asılan bayrağı Sevindik Hətəmov görmür deyəsən FOTO

28-03-2016, 00:06           
Salyanda bayraq biabırçılığı - Tərs asılan bayrağı Sevindik Hətəmov görmür deyəsən FOTO
Sevindik Hətəmovdan AZƏRBAYCAN BAYRAĞINA hörmətsizlik

Bu yaxınlarda Salyan rayonuna icra başçısı təyin olunmuş Sevindik Hətəmov prezidentin fərmanının mürəkkəbi qurumamış bayrağımıza hörmətsizliyi ilə gündəmə gəldi. Bəlkə də Sevindik müəllim Salyanın mərkəzindən tərsinə asılmış bu bayrağı Qaradağda daş karxanasındakı motoru tökülmüş hansısa KAMaz maşınından sallanmış mazutlu əski parçası zənn edir...Amma və lakin...
Azərbaycanda Dövlət bayrağına sayğısızlıq icra başçısı səviyyəsində olanda amma və lakinlər adamın beynini parçalayır. Salyan rayonun duz ortasında rast gəlinən bu fakt, bayrağımızın tərsinə asılması kimin və nəyin marağına xidmət edir, bax bu sual da elə Sevindik Hətəmova ünvanlanır. Beləki rayonun mərkəzi küçələrinin birində asılmış tərsinə dalğalanan Dövlət bayrağının FOTOSU...diqqətlə baxın:

Millətin ruhu o bayraqdir!! Millətin qeyrəti o bayraqdir! Bayraq dövlətimizin səmasında dalğalanan şəhidlərin ruhudur...

Konstitusiyaya görə hörmət olunası üç atributdan biri də məhz bayraqdır! Yenə də amma və lakin... bunu uzatmaq da olar...amma görünür bu gün Salyanın düz ortasında tərsinə dalğalanan bayrağın Sevindik Hətəmova aidiyyatı yoxdur...Yeri gəlmişkən...

Sevindik Hətəmov soyadını niyə dəyişdirdi?

Dünən MİQ Analitik İnformasiya Qrupunun Salyanla bağlı hazırladığı yazıda dəqiqləşdirilməmiş bir xəbərə görə Sevindik Hətəmovun özü ilə əlaqə saxlayıb. Telefonumuza cavab verməyən həmin nömrədən 20 dəqiqə sonra zəng gəldi...və qarşı tərəfin zəngiylə bahəm dediyi ifadə türkiyəlilər demiş bizi əməlli başlı ŞAŞIRTDI: "Danışan Sevindik Hətəmov yox, Sevindik Səfərovdur. Mənim Salyana nə aidiyyatım var"...
Düzdür, nömrəni əməkdaşlarımız yanlış da yığa bilər...Telefonda bizimlə danışan Sevindik Səfərov da ola bilər, Hətəmov da...Amma yığılan nömrə bəlli, Sevindik müəllimin də telefon nömrəsi bəlli.

O ki qaldı Sevindik müəllimin telefon "zarafat"ına, növbəti yazımizda buna aydinlıq gətirəcəyimiz isə dünəndən bəlli...Hətta Sevindik müəllimin o mobil telefon nömrəsindən imtina etməsi bahasına başa gəlsə də...
Qarşı tərəfin fikirlə\rinə myer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.