Hər pensiyaçıdan 3 manat pul... - 1 kəllə qənd və 1 molla lazımdır ki, Sabirabad DSMF-yə fatihə oxusun...

28-03-2016, 17:20           
Hər pensiyaçıdan 3 manat pul... - 1 kəllə qənd və 1 molla lazımdır ki, Sabirabad DSMF-yə fatihə oxusun...
Sabirabad rayonunda hər pensiyaçıdan mart ayına hesablanmış pensiyaya görə 3-4 manat pul oğurlanıb. Bu barədə GUNDEMİNFO.AZ-a daxil olan məlumatda bildirilir. Pensiyaçılardan pulun kəsilməsinin səbəbləri hələ ki bəlli deyil.

Sabirabad rayonunda h?r pensiyac?dan mart ay?na hesablanm?s pensiyaya gor? 3-4 manat pul ogurlan?b. Bu bar?d? GUNDEMINFO.AZ-a daxil olan m?lumatda bildirilir. Pensiyac?lardan pulun k?silm?sinin s?b?bl?ri h?l? ki b?lli deyil.

Məlumata əsasən ləğv edilmiş Dövlət Sosial Müdafiə Fondunun Sabirabad rayonu üzrə şöbəsinin rəhbəri Əlqəmə Quliyev rayonun maliyyə idarəsi ilə əlbir olaraq hər bir pensiyaçının hesabından mart ayı üzrə 3-4 manat vəsaiti bəlli olmayan hesablara köçürüb. Rayondakı mənbələrdən verilən informasiyada deyilir ki, Əlqəmə Quliyevin oğlu hazırda Səlim Müslümovun ən yaxın adamlarından biri olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində şöbə müdiri postunu tutur. Məlumata əsasən Əlqəmə Quliyev fondun ləğv edilərək nazirliyiə birləşdiriləcəyi barədə məlumatlı olduğundan və böyük ehtimalla oğlu olan nazirlik əməkdaşına güvəndiyindən pensiyaçıların hesabından pul silib. Sabirabad rayonunda 60 minə yaxın pensiyaçının olduğunu nəzərə alsaq, o zaman ən azı 180 min manat büdcə vəsaitinin yoxa çıxdığını və ya hansısa məmur tərəfindən mənimsənildiyini iddi emək olar.

Bundan başqa GUNDEMİNFO. AZ-a daxil olan informasiyalarda deyilir ki, Əlqəmə Quliyevin fəaliyyəti ilə bağlı olaraq artıq araşdırmalar aparılır və rayonda illərdir ki, dünyasını dəyişmiş şəxslərin adına hesablanan pensiyaların büdcədən kimlərinsə cibinə axmasına dair araşdırmalar aparılır. Gün ərzində qarşı tərəfin də mövqeyini dinləməyə çalışsaq da, hələlik nəticə bəlli deyil. Mövzu üzrə konkret faktların, bankomatlar üzrə çek nümunələrinin və sair məlumatları təqdim edəcəyik. Bizi izləyin.

Onu da qeyd edək ki, mart ayının 18-də Azərbaycan Prezidenti İlham Əliyev əhalinin sosial müdafiəsi sahəsində idarəetmənin təkmilləşdirilməsi tədbirləri haqqında fərman imzalayıb. Dövlət başçısı sosial müdafiə sahəsində vahid dövlət siyasətinin və səmərəli idarəetmənin həyata keçirilməsi, əhalinin sosial tələbatlarının ödənilməsində müasir informasiya texnologiyalarının tətbiqi ilə kompleks yanaşmanın gerçəkləşdirilməsi, o cümlədən əmək pensiyaları və digər sosial ödənişlərin təyinatının "bir pəncərə” prinsipi üzrə təşkilinin təmin edilməsi məqsədilə qərara alıb ki, Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fondu Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin strukturuna daxil edilsin və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu adlandırılsın.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tapşırılıb ki, bu fərmanın 1-ci hissəsini nəzərə almaqla nazirliyin strukturunun və fəaliyyətinin optimallaşdırılması, habelə işçilərinin ümumi say həddi barədə təkliflərini bir ay müddətində hazırlayıb Azərbaycan Prezidentinə təqdim etsin.

Nazirlər Kabinetinə Azərbaycan Respublikası Prezidentinin aktlarının bu fərmana uyğunlaşdırılması ilə bağlı təkliflərini iki ay müddətində Azərbaycan Prezidentinə təqdim etmək; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını iki ay müddətində təmin edib Azərbaycan Prezidentinə məlumat vermək; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının bu fərmana uyğunlaşdırılmasını nəzarətdə saxlamaq və bunun icrası barədə iki ay müddətində Azərbaycan Prezidentinə məlumat vermək; bu fərmandan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.

Ədliyyə Nazirliyi mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların bu fərmana uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat verəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.