Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi "bazar" açıb ŞİKAYƏT

29-03-2016, 22:41           

teref.aznun poçtuna Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyevin əməllərindən bəhs edən məktub daxil olub. Şikayətçi yazır:
Kimsədən çəkinib qorxmayan, Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlham Əliyev açıq-aşkar nə istəyir onu edir. Kim etiraz edirsə: - - Mən kimsədən qorxmuram, gedin nə istəyirsiniz edin, kimə istəyirsiniz şikayət edin. deyərək yola salır

Daha sonra şikayətçi teref.az-ya yazır:
Cəlilabad rayon Mərkəzi Xəstəxanasının baş həkmi dövlətin xəstəxanaya ayırdığı pulsuz dərmanları xəstələrə vermir, özünün bildiyi apteklərdə satdırır. Siz bu xəstəxanada bir dənə belə pulsuz dərman görməzsiniz. Xəstələrə bütün dərman və lazım olan ləvazimatları pulla öz apteklərindən aldırırlar.
Xəstəxanada özünə sadiq həkimləri yığan baş həkim Mərkəzi Xəstəxanada əsl rüşvət bazarı açıb.Ən böyük cinayət isə Mərkəzi Xəstəxananın doğum şöbəsində bilərəkdən aparılan qeysəriyya əməliyyatlarıdır.
Ba. həkim xəstəxanada neçə "ölü can" saxlayır? Mərkəzi Xəstəxanada sənəddə neçə xadimənin adı yazılıb, neçə xadimə işləyir, neçəsi aylıq maaş alır?.
Cəlilabad rayon TSEK-nda hər komissiya günü baş həkimin köməkliyi ilə xeyli sayda sağlam olan insan komissiyadan keçir.
Lakin xəstəxanada onlar özəl qanunlar qoyublar. Belə ki, xəstəxananın birinci mərtəbəsində yerləşən “ayaqyolunun” qapısını bağlayıblar, oradan yalnız özləri istifadə edirlər, xəstələri ora buraxmırlar.
Ə. Hüseynli. Cəlilabad.
teref.az olaraq qarşı tərəfində fikirlərinə yer verməyə hazırıq!












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.