Şəmkir notariusundan müdhiş qanunsuzluqlar

30-03-2016, 22:36           
Şəmkir notariusundan müdhiş qanunsuzluqlar
Mövzuya dair ötən saylarımızda dərc etdiyimiz materiallarda da biz göstərmişdik ki, son vaxtlar ölkə mətbuatında işində yol verdiyi ciddi qanun pozunuları səbəbindən tez-tez adı hallandırılan məmurlardan biri də Şəmkir rayon 1 saylı Notariat Kontorunun müdiri Siyavuş Qurbanovdur. Bu xüsusda redaksiyamıza daxil olan məlumatlarda diqqəti cəlb edən məqamlardan biri budur ki, mənbələr bir tərəfdən Siyavuş Qurbanovun məhz dövlət notariusu kimi fəaliyyətinə dair ciddi iradlar bildirməklə yanaşı, digər tərəfdən də bu məmurun qeyri-leqal qiymətli metal və daş-qaş ticarəti ilə məşğul olduğunu vurğulayırlar. Belə ki, məlumatlardan birində bir müddət öncə Qazax gömrük-kecid məntəqəsində qaçaqmalçlıq yolu ilə ölkəyə keçrilməsinə cəhd olunarkən gömrükçülər tərəfindən aşkarlanaraq götrülən qızıl və brilliant zinət əşyalarının da məhz Siyavuş Qurbanova aidiyyəti olduğu bildirilirdi. Mənbənin sözlərinə görə qaçaqmalı keçirmək istəyən şəxs istintaq zamanı bildirib ki, müsadirə olunmuş malların çox hissəsi Siyavuş Qurbanova və onun qardaşlarına aiddir. Lakin dövlət notariusu nüfuzlu himayədarları və şəxsi imkanları hesabına istintaqdan və həbsdən yaxasını qurtara bilib. Qeyd etmək lazımdır ki, bu olay Siyavuş Qurbanovun adının hallandığı heç də birinci gömrük insidenti deyil. Belə ki, bu hadisədən də xeyli əvvəl Xaçmaz Gömrük İdarəsi “Samur” gömrük postunun gömrük nəzarəti zonasında Saday Mürşüdov adlı bir vətəndaşdan “Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Şəmkir rayonu 1 saylı Dövlət Notariat Kontoru Dövlət Notariusu Qurbanov Siyavuş Heydər oğlu” sözlərini əks etdirən iki ədəd möhür aşkarlanaraq götürülmüşdü. Həmin vaxt bu xüsusda yayımlanan məlumatlarda bildirilirdi ki, Saday Mürşüdov idarə etdiyi “Setra” markalı sərnişin avtobusu ilə Rusiyadan Azərbaycana keçərkən üzərində aşkar olunmuş bu möhürlərin heç bir müvafiq sənədi olmayıb. Eyni zamanda da məlumatlarda həmin möhürlərin Rusiyada hazlrlandığı qeyd olunmuşdu. Maraqlıdır ki, bu olayın özü də Siyavuş Qurbanovun Saday Mürşüdovla birgə həyata keçirdiyi yeganə maxinasiya deyil. Belə ki, bu hadisədən bir müdət sonra ölkə mətbuatında Siyavuş Qurbanov tərəfindən digər bir vətəndaşın imzasının saxtalaşdırılması ilə girovda olan avtomobilin alqı-satqı edilməsinə dair məlumat yayımlandı. Məlumata əsasən bu dəfə də notariusun “tərəf müqabili” kimi məhz Saday Mürşüdov çıxış etmişdi. İddialara görə, dövlət notariusu özünə məxsus olan və Gəncə şəhərində yerləşən istirahət məkanlarından birində eyş-işrət məclisləri qurmağa çox həvəslidir. Mənbə bildirir ki, məhz belə məclislərin birində Siyavuş Qurbanov notarius təyin olunmaq üçün “yuxarıya” 500 min manat rüşvət verdiyini bəyan edib.
Qarşı tərəfin də münasibətini dərc etməyə hazırıq.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.