İmişli DYP-indən Ramil Usubova şikayət olundu - ŞİKAYƏT

31-03-2016, 02:13           
İmişli DYP-indən Ramil Usubova şikayət olundu - ŞİKAYƏT
teref.aznun poçtuna İmişli DYP-indən Daxili İşlər Naziri Ramil Usubova müraciət daxil olub. Müraciəti sizə təqdim edirik:
Azərbaycanın daxili işlər naziri cənab RamilUsubova təkrar müraciət
Mən,.Bəxtiyar Nəsirov 2015-ci ilin avqust ayının 22-sində İmişli rayonunda şəxsi avtomobilimlə ilə qəza törətmişdim. Bu zaman İmişli rayon
yol patrul xidmətinin əməkdaşları Poladov Təyyar və Nəhmədov Elvin 150 manat girov müqabilində maşına aid sənədləri məndən alıdılar.
Daha sonra mən onlara 150 manatı verməyə imkanım olmadı. Maşınım sənədlərinin onlarda girov qaldığına baxmayaraq məni güdərək hər dəfə saxlayıb incidirdilər.”
Axırıncı dəfə 2016-cı ilin fevral ayının 16-da yaşadığım evin qarşısına gələn polis əməkdaşları Poladov Təyyar və Nəhmədov Elvin məni
ailəmin və qonşularımın yanında zor tətbiq edib, sağ çiynimi sındıraraq öz xidməti maşınlarına saldılar.
Çiynimin sınması ilə əlaqədar İmişli rayon mərkəzi xəstənasında qeydiyyatdan keçdim və rayon ekspertinin bu barədə rəyi var. Qeyd olunanlarla
əlaqədar İmişli yol polis xidmətinin rəisi polis kapitanı Aydın Ağayevin yanına oldum. Mən ona Poladov Təyyar və Nəhmədov Elvinə 150 manat borcum olduğu üçün çiynimi sındırdıqlarını və sınığın rayon eksperti tərəfindən təsdiq edildiyini izah etməyə çalışdım. Aydın Ağayev mənə dedi ki, 150 manatın mənə aidiyyatı yoxdur və sənin çiynin sınmayıb bizə şər atırsan. Belə bir məsul vəzifənin rəhbərinin bu cür məsuliyyətsiz davranışı insanda ancaq təəssüf hissi oyadır. Cənab Nazir ! Mən Sİzə artıq 4-cü dəfədir - 2 dəfə DİN-in elektron ünvanına və 2 dəfə 102 xidmətində müraciət emişəm. Lakin rəhbərlik etdiyiniz Nazlirlik məsələ ilə əlaqədər hələ də susur.
Məsələnin ətraflı araşdırılmasını və şəxsi nəzarətinizə götürməyinizi bir daha Sizdən xahiş edirəm.
Adları çəkilən hər bir şəxsin fikirlərini dinləməyə hazırıq!~
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru