Sabirabad təhsilində özbaşınalıq, rüşvətxorluq, qohumbazlıq... - Mənəm-mənəmlik baş alıb gedir

1-04-2016, 14:23           
Sabirabad təhsilində özbaşınalıq, rüşvətxorluq, qohumbazlıq... - Mənəm-mənəmlik baş alıb gedir
teref.az-ya Sabiarabad rayonunda təhsilin durumu ilə bağlı müraciət daxil olub. Müraciətdə deyilir: "Hara gedir, bunu Təhsil naziri Mikayıl Cabbarov yox, onun rəhbərlik etdiyi nazirliyin iqtisadiyyat şöbəsinin müdiri Rauf Orucov və rayon icra hakimiyyətinin başçısı Nazim İsmayılov daha yaxşı bilir.

Ötən ilin noyabr ayında ən geridə qalmış məktəbləri “görüm-baxım” edərək kənarda qoyan nazirliyin işçiləri rayonun həmişə uğurları ilə fəxr etdiyi Nizami Gəncəvi adına 5 saylı orta məktəbinə qənim kəsildilər. Demə bu da xüsusi sifarişlərdən biri imiş. Əyər belə olmasaydı hər tədris ilində məzunlarının 60-70 faizi ali məktəblərə daxil olan, hər il şagirdləri “Qızıl medal” alan, Prezident təqaüdçüləri ilə fəxr edilən bu məktəbə, onun fəadakarcasına çalışdığı direktoru Bilal Əhmədova bu böyüklükdə pislik etməzdilər. Keçən il də rayonda yeganə “qızıl medal”çı bu məktəbin yetirməsi olub. Həmin şagird - Flora Əhmədzadə qəbul imtahanlarından 695 bal toplayaraq Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına qəbul olunub, bu gün Prezident təqaüdü alır. Elə ötən il məktəbin ingilist dilıi müəllimi Ellada Mirzəyeva Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə rayon üzrə ilk dəfə olaraq “İlin ən yaxşı müəllimi” adına layiq görülərək 5 min manatla mükafatlandırılıb. Hansını deyək, bir deyil, beş deyil.

Bu gün Sabirabad camaatı təəccüb içindədir. Bəs nə baş verdi ki, bu qədər uğurları olan məktəbin direktorunun ərizəsini aldılar. Demə “dərd”ləri var imiş.

Keçəyin həmin bu oyunbazlığa. Ötən ilin axırlarında təhsil nazirliyinin “əl buyruğu” işçilərinin göstərişi ilə məktəbin 30 yaşlı müəllimi Könül Əsədova bu məktəbə yarım ştatla müavin, yəni “zavuç” təyin edilir. Vur-tut 5 aydır ki, bu kollektivdə çalışan, heç bir uğuru olmayan, kollektiv arasında ancaq intiriqaçı kimi özünü tanıdan bu xanımı demə bu nüfuzlu məktəbə direktor hazırlayırmışlar. İndi məlum olur ki, bu hoqqabazlığın başında rayon icra hakimiyyəti və nazirliyin iqtisadiyyat şöbəsinin müdiri durur. “Görüm-baxımla” belə qərara alınıb ki, rayonun Mədəniyyət və Turizm şöbəsinin müdiri Əhməd Ramazanov yaradılacaq regional Təhsil şöbəsinin müdiri, onun baş mühasibi Elxan Əsədov isə redional maliyyə idarəsinin müdiri qoyulsun. Rayon icra hakimiyyətindən hər ikisinə də təqdimat verilib. Rayonda talançı mühasib kimi ad çıxaran, müsavatçı kimi tanınan Elxan Əsədov tez bir zamanda regional maliyyə idarəsinin müdiri təyin edilir. Əhmədə isə gözlə hələ deyirlər. Əvvəlcədən əldə olunmuş razlığa əsasən Elxanın qızı, bitərəf (başqa vaxt tələb olunur ki, mütləq YAP-çı olmalıdır) K. Əsədova da Nizami Gəncəvi məktəbinə direktor qoyulur.

Dəhşətdi. Dövlət başçısı təhsil nazirinin də, icra başçısının da iştirak etdiyi bütün müşavirələrdə ədalətdən, şaffalıqdan danışır. Görün nazirliyin şöbə müdiri Rauf Orucov və rayon rəhbərliyi isə hansı yolu tutublar. Bu gün nəinki həmin məktəbin, hətta rayon əhalisinin müzakirə mövzusu bu özbaşınalıq, rüşvətxorluq nəticəsində yaranmış mənəm-mənəmlikdir. Kollektiv açıq-açıqına bu haqsızlığa dözə bilmir.

Məktəbin kollektivi hələ də güman edir ki, təhsil naziri Mikayıl Cabbarovun bu qohumbazlıqdan, özbaşınalıqdan, mənəm-mənəmlikdən xəbəri yoxdur. Çünki, nazir özü keçən il bu məktəbin son zəngində iştirak edərək məktəbin uğurlarından danışıb. Bu məktəb həm də şagirdini Kür çayından xilas edib özü isə boğulan Əhliman müəllimin məktəbidir. Nazirin tapşırığı ilə onun ailəsi üçün ev tikilib, özü isə keçən il həmin evdə olub.

Bu gün Sabirabad təhsilində hərki-hərkilik insanların mənəviyyatında aşınma yaradıb. Diqqət yetirin nöqsanlarına görə işdən çıxarılmış Cavad kənd 2 saylı tam orta məktəbinn direktoru Əlniyaz İsmayılov və Qaratəpə kənd tam orta məktəbin direktoru Əlirza Hüseynov öz yerinə arvadlarını təyin ediblər. Bu isə o deməkdir ki, işdən kənarlaşdırılmış hər iki direktor əslində yenə də direktorluq edəcəklər. Bu nə deməkdir? Yeni təhsil islahatları. Biz hara gedirik?!

Rayonda camaahatı ən çox bu qanunsuzluqları və özbaşınalıqları İcra hakimiyyətinin başçısı Nazim İsmayılovun göz yumması və susması narahat edir. Niyə, nə üçün?!"
Onu da qeyd edək ki, mövzu ilə bağlı adları çəkilən şəxslərin də mövqeyini dinləməyə hazırıq.
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.