Gömrük generalı Bakıda böyük kozino tikir-Pirallahıda

6-04-2016, 13:09           
Gömrük generalı Bakıda böyük kozino tikir-Pirallahıda
Qumar mafiyası paytaxt Bakıda böyük kozino tikir.

teref.az xəbər verir ki, bu barədə etibarlı mənbələrdən AzToday.az-a ilginc məlumatlar daxil olub.

Məlumatda bildirilir ki, Pirallahı (Artyom -red) adasında tikilməkdə olan böyük kozino binasının Bakı Gömrük İdarəsinin rəisi general-mayor Vüsal Novruzova məxsus olduğu iddia edilir.

Yeri gəlmişkən, Vüsal Novruzovun təmsil olunduğu hakimiyyətdaxili qruplaşmada yer alan deputatlardan biri Milli Məclisdə Azərbaycanda qumarın leqallaşdırılmasının vacib olması ilə bağlı təkliflər səsləndirmişdi.

Vüsal Novruzovun qumar azartı olması ilə bağlı zaman-zaman ölkə mediasında çeşidli məlumatlar yayılır. Son məlumatlarda bildirilir ki, Vüsal Novruzov Gürcüstanın paytaxtı Tbilisi şəhərində oynadığı oyunda 5 milyon dollar uduzub. Rəis uduzduğu pulun yarısını Bakıya qayıtdıqdan sonra ödəyib.

Qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.
teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru