Brilyant qaşlarla bəzədilmiş general paqonları Nofəl Məhərrəmovu xilas edəcəkmi?

6-04-2016, 13:37           
Brilyant qaşlarla bəzədilmiş general paqonları Nofəl Məhərrəmovu xilas edəcəkmi?
“Azərbaycanın iqtisadi, elmi, mədəni, intellektual potensialı ilə yanaşı, daxili işlər orqanları sistemində də böyük potensial vardır. Qeyd edim ki, müstəqilliyi təmin etmək üçün bir neçə dövlət atributu mövcüddur. Əgər onların biri ordudursa, digəri müstəqil xarici siyasətdirsə, o birisi də Daxili İşlər Nazirliyi, polis orqanlarıdır ”
Heydər Əliyev
Azərbaycanda mövcud olan ictimai-siyasi sabitlik respublikamızın müstəqillik tarixinin ən mühüm nailiyyətlərindən biridir. Təbii ki, sabitliyin əldə olunması o qədər də asan başa gəlməyib. Ölkəmiz öz dövlət müstəqilliyini əldə etdikdən sonra çox böyük çətinliklərlə üzləşmişdi. Həmin dövrün çətinliklərinin əsas hissəsi, məhz Azərbaycan polisinin üzərinə düşürdü. Qarabağ müharibəsinin ilk illərində Azərbaycanın nizami ordusu yox idi, ona görə də ön cəbhədə torpaq uğrunda polis vuruşurdu, şəhidlər verirdi. Qanunsuz silahlı dəstələrlə polis mübarizə aparırdı.
Ulu öndər Heydər Əliyev Azərbaycan polisinin bu dövrdəki xidmətlərini çox yüksək qiymətləndirmişdir: “Azərbaycan polisi şanlı bir tarix keçibdir. Xüsusən, 1988-ci il hadisələri başlanandan sonra, Qarabağ müharibəsində Azərbaycan polisinin 932 nəfər əməkdaşı şəhid, 681 nəfəri isə əlil olubdur. Eyni zamanda, 67 nəfər polis əməkdaşı Milli Qəhrəman adına layiq görülübdür. Bu, böyük rəşadət, qəhrəmanlıq və dövlətçiliyə sədaqət nümunəsidir.”
Ulu öndərin siyasi varisi, prezident İlham Əliyev də daxili işlər orqanlarının fəaliyətinə çıxışlarında həmişə yüksək qiymət verib. Təəssüf ki, polis orqanlarında da neqativ hallar vardır. Daxili işlər orqanlarında qanunsuzluğa yol vermiş belə vəzifə sahibləri zaman-zaman cəzalandırılır.
“AzToday.az” portalında bu günlərdə dərc edilən “Ramil Usubovun diqqətinə: Rəis tabeçiliyində olan polisi belə aldatdı” və “Polis rəisinin ağlasığmaz özbaşınalığı: Qızıl sikkələr və …” başlıqlı məqalələr geniş ictimaiyyətin, çoxsaylı oxucuların marağına səbəb oldu. Sözügedən məqalələrdə vətəndaş Aliq Məmmədovun və Elman Əlizadə Nizami Polis İdarəsinin rəisi Nofəl Məhərrəmov tərəfindən haqsızlıqlara məruz qaldığını bildirərək, daxili işlər naziri, cənab Ramil Usubovdan kömək istəmişdilər. Nofəl Məhərrəmovun özbaşnalığını ifşa edən sözügedən yazılardan sonra hər iki vətəndaş DİN və Baş Prokurorluqda müvafiq şəxslər tərəfindən qəbul edilərək, şikayətləri dinlənilib. Onlara ən yüksək səviyyədə vəd olunub ki, özbaşınalığa yol vermiş şəxslər cəzalandırılacaq və problemləri qısa müddət ərzində həll olunacaq.
Bakı Şəhər Baş Polis İdarəsindən Aliq Məmmədova bildirilib ki, Nizami rayon Polis İdarəsində baş verən neqativ halların daxili şlər naziri, cənab Ramil Usubovun nəzarətindədir və araşdırmaların nəticələri yaxın günlərdə məlum olacaq, düzgün bir qərar qəbul ediləcəkdir.
Biz bir mətbuat orqanı olaraq daxili işlər naziri, cənab Ramil Usubovun ədalətli qərar verəcəyinə şübhə etmirik. Çünki digər güc strukturlarından fərqli olaraq Ramil Usubovun həmişə obyektiv qərarlar verdiyinin şahidi olmuşuq. Əminik ki, gec-tez polis rəisi Nofəl Məhərrəmov tərəfindən hüquqları tapdanmış vətəndaş Aliq Məmmədov və Bilal Əlizadənin şikayətlərinə ən yüksək səviyyədə araşdırılıb, müvafiq qərarlar veriləcək. Onda görəsən, Nofəl Məhərrəmov br rəis kimi öz tabeçiiliyində olan polis nəfərlərinə qarşı bu cür haqsız əməllərinə nə ilə və necə haqq qazandıracaq?
Hələlik isə Nofəl Məhərrəmov hər iki vətəndaşdan aldığı böyük məbləğdə pulu qaytarmayıb və onları süründürməçiliyə salıb. Dünən Nizami rayon Məhkəməsində hakim Elnur Nuriyevin sədrlik etdiyi proses aprelin 15-nə qədər təxirə salınıb. Nofəl Məhərrəmovun özünə vaxt qazandırmasını anlamaq çətin olsa da bunun vətəndaşları yenidən aldatmağa cəhd etməsi kimi də qiymətləndirilə bilər.
Bu müdhiş polis özbaşınalığının arxasında çox gizli məqamlar var. Vətəndaşların şikayətləri əsasında apardığımız jurnalist araşdırmaları deməyə əsas verir ki, Nofəl Məhərrəmov özünün dediyi kimi DİN rəhbərliyində olan bir şəxsə brilyant qaşlarla bəzədilmiş general paqonları hədiyyə edib. Və həmin şəxsin himayəsinə sığınmağa cəhd edir. Etdiyi özbaşınalıqlarla bağlı DİN rəhbərliyində olan məlumatların və şikayətlərin araşdırılmaması üçün bər-bəzəkli general paqonu hazırlatdiği şəxsin imkanlarından yararlanmaq istəyir. Buna nə dərəcədə nail olacağını əvvəlcədən proqnozlaşdırmaq istəmirik. Ancaq fakt budur ki, Nofəl Məhərrəmov etdiyi bu qədər qanunsuzluqlar fonunda çox arxayın görünür.
Halbuki bu şəxsin qanunazidd əməlləri qısa araşdırmaların nəticəsində ortaya çıxa bilərdi…
Nofəl Məhərrəmovun timsalında Azərbaycan polisinin işguzar nüfuzuna xələl gətirən məlumatların ictimailəşməsində qətiyyən maraqlı deyilik. Ancaq özbaşınalığa yol vermiş polis rəisinin yaxın zamanlarda qanunun tələb etdiyi şəkildə cəzalandırılmasına və şikayətçilərin problemlərinin həllinə yenə də ümid edirik. Əks halda Nofəl Məhərrəmovun etdiyi bütün özbaşınalıqları ictimailəşdirmək məcburiyyətində qalacağıq. Onda Nizami rayon Polis İdarəsinin rəisinin brilyant qaşlı paponlar verdiyi şəxsin də adını açıqlayacağıq…AzToday.az/
Adları çəkilən hər bir şəxsin fikirlərinə yer verməyə hazırıq!
teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.