Masallı DYP-sində oğurluq ittihamı... - Rəis töhmət verməklə yetinib

8-04-2016, 11:36           
Masallı DYP-sində oğurluq ittihamı... - Rəis töhmət verməklə yetinib
Rayonda baş verən kiriminal hadisələrin ötən illə müqayisədə xeyli az olduğu hüquq mühafizə orqanlarının qanun keşiyində ayıq-sayıq olduğlarını sübüt edir. Bu da əlbətdə ki, Masallı Rayon Polis Şöbəsinin rəisi Nəriman İmnovun tələbkarlığından və polis orqanlarında şərəflə xidmətindən xəbər verir.

Lakin bu o demək deyil ki, rayonda çalışan bəzi polis əməkdaşları tapşırılan işləri məsüliyyətlə yerinə yetirir. Dosye.org-a daxil olan məlumat bəzi “polis” əməkdaşlarından bəhs edilir. Məlumat üçün bildirək ki, polis əməkdaşı serjant Xaləddin Əsədullayev yaxın günlərdə polis orqanlarından azad olunacaq.

Mənbə daha sonra əlavə edir ki, buna səbəb Xaləddin Əsədullayevin şöbədən 4 kompüter oğurlayaraq satıb. Əldə etdiyimiz məlumatlara görə Xaləddin Əsədullayevin “müştərisi” məhz elə polis əməkdaşları olub. Maraqlısı odur ki, yenidən qalmaqalda rayonda yerli DYP-nin rəisi Afət Mirzəyevin adı hallanır. Belə ki, Afət Mirzəyev fürsəti əldən verməyərək 80 manatdan iki kompüterə sahib çıxıb.

Digər iki kompüteri isə Mamed adlı polis əməkdaşı nağd pulla alıb. Bütün bunlardan halı olan polis rəisi Nəriman İmanov dərhal “qəhrəmanları” xidməti otağına dəvət edib. Xaləddin Əsədullayevin könüllü ərzəsi alındığı bildirilir. Afət Mirzəyev və Mamed adlı polis əməkdaşı isə töhmətlə “mükafatlandırılıb”.

Qarşı tərəfi də dinləməyə hazırıq...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.