LAÇINA BAŞÇI GETMƏKDƏN ƏLİ ÇIXAN MALİK VƏLİYEV BAŞQA VƏZİFƏ İLƏ QANE OLDU
8-04-2016, 23:36

Hələ ki, boş qalan Laçın RİH-nin başçısı vəzifəsi uğrunda qızğın mübarizə gedir. O da məlumdur ki, köçkün rayonlarına təyinat məsələsində yürüdülən dövlət siyasəti başçı seçimində məhz yerli kadrlara - həmin rayonların mənsublarına üstünlük verir. Hazırda RİH başçısı vəzifəsi müvəqqəti olaraq başçının müavini - Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri – Nəzərli Aqil Ağaxan oğluna həvalə olunub. Ona rəqib olan rayon təhsil şöbəsinin müdiri Malik Vəliyev Laçına başçı getmək üçün bütün imkanlarını, əlaqələrini səfərbər etmişdi. Lakin etibarlı mənbədən dəqiqləşdirdiyimiz məlumata görə, Malik müəllim artıq marafondan çıxıb və formalaşdırılmaqda olan yeni quruma - Tərtər Regional Təhsil İdarəsinə rəis postu ilə razılaşıb və bu barədə iştirak etdiyi məhrəm məclislərin birində ağzından söz qaçırıb. Qeyd edək ki, regional idarə Tərtərdən əlavə daha bir neçə rayonun, o cümlədən, Laçın rayon təhsil şöbəsinin də funksiyasını yerinə yetirəcək.
Xatırladaq ki, Malik Vəliyevin adı indiyədək çoxlu sayda maliyyə maxinasiyalarında və korruptiv qanunsuzluqlarda hallanmışdır və onunçün vəzifəcə irəliləmək həm də "ölüm-dirim" məsələsidir. Bildirilir ki, yalnız əlində səlahiyyət, hakimiyyət olduğu təqdirdə qol qoymuş olduğu köhnə cinayətləri ört-basdır etməyin mümkünlüyünü gözəl anlayan Vəliyev iyerarxiya nərdivanında bir pillə qalxmaq üçün hər şeyini verməyə hazırdır.
SONOLAY.ORG
teref.az olaraq qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
teref.az