Yusif Hüseynovun başında turp əkdiyi şöbə - təfsilat

9-04-2016, 10:12           
Yusif Hüseynovun başında turp əkdiyi şöbə - təfsilat
Laçın Mədəniyyət və Turizm Şöbəsində dövlətin pullarını semiçka kimi çırtlayırlar

Laçın rayon Mədəniyyət və Turizm Şöbəsində dövlətin pullarını semiçka kimi çırtlayırlar. TEREF.İNFO politika.az-a istinadən xəbər verir ki, şöbənin müdiri Yusif Hüseynov kimsədən çəkinmədən bildiyi şəkildə hərəkət edir. Elə bu səbəbdəndir ki, rayonun əksər mədəniyyət və turizm obyektləri bərbad gündədir.

Qeyd edək ki, təkcə ötən il Yusif Hüseynov şöbəyə ayrılmış 100 min manatdan artıq vəsaitin başında necə turp əkibsə, artıq turplar qızarmağa belə başlayıb. Məsələn, əsaslı təmir adı altında 48 min manat, cari təmir işləri üçün ayrılmış 10 min manat sakitcə mənimsənilib. Sənəd üzərində hansısa mədəniyyət obyektinin təmir və ya bərpa edilməsi göstərilsə də, reallıq başqa olub. Belə ki, bu pulun hətta adı olub, özü olmayan bir binaya sərf etdiylidyi də vurğulanır.

TEREF.İNFO politika.az-a istinadən xəbər verir ki, Hüseynovun işləri bununla da bitməyib. Şöbə müdiri sosial-mədəni və məişət təyinatlı obyektlərin əsaslı təmir işlərinin satın alınmasına da 8000 manat pul «xərcləyib». Bu pulların qarşılığı olaraq özünə Bakıda ev alıb, dükan açan Laçın Mədəniyət və Turizm Şöbəsinin müdirini Taxtakörpü deyilən ərazidə görən belə yoxdur.

İşlərini böyütmək və daha çox gəlir əldə etmək istəyən şöbə müdirinin bir mənimsəməsi də inventarların satın alınması adı altında həyata keçirilib. Bu zaman 26350 manatın axırına çıxıblar. Yusif Hüseynov dəftərxana ləvazimatlarının alınması üçün ayrılmış 8760 manatı da digər pullar kimi özünə götürüb. İndi maraqlıdır ki, şöbə müdiri inventarları hansı mədəniyyət obyektləri üçün alıb? Bu suala kimsə cavab verə bilmir. Ona görə ki, ortada nə mədəniyyət evləri var, nə də klublar. Turizm sektorundan danışmaq isə ən azından ağılsızlıq olardı.
Qarşı tərəfin fikirlərinə yer verməyə hazırıq!
TEREF.İNFO












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.