"DSX və MN həkimlərinin görə bilmədiyi xəstəliyi dəmir yolu həkimləri necə görüb?"- Qazimizin haqqına belə girirlər

10-06-2022, 09:47           
"DSX və MN həkimlərinin görə bilmədiyi xəstəliyi dəmir yolu həkimləri necə görüb?"- Qazimizin haqqına belə girirlər
Teref.az yazır ki, hərbi ekspert Ədalət Verdiyev yazır:
İzləyicilərimdən biri yazır:
"Ədalət bəy salam. Mənim bacım oğlu Səlimov Araz Akif oğlu 28 sentyabr 2020-ci ildən 9 noyabr 2020-ci ilədək 44 günlük müharibədə Masalli rayonundan səfərbər edilərək Füzuli, Cəbrayıl, Zəngilan və Qubadlıda PK silahı ilə vuruşdu. Sonra 2021-ci ilin yanvarın 13-ədək Şuşa və Xocavəndin diversantlardan qorudu. Cəbrayılın və Qubadlının azad edilməsi üçün medallar alib. Əsgərlikdən sonra Dəmir yolu liseyini oxudu. Teplovoz maşinistinin köməkçisidir. 600 manat təhsil haqqı ödəyib. Uzun bürokratik imtahan və müsabiqələrdən sonra Biləcəri lokomotiv deposunda manevr teplovozuna maşinist köməkçisi işinə qəbul edildi və 2 saylı Biləcəri dəmiryol poliklinasina tibbi komissiyaya göndərdilər. Tibbi komissiya Araz bəyin sağ gözünün zəif görməsinə görə qatarların hərəkəti ilə əlaqədar işə buraxmadı. Əgər bu uşağın gözü görmürdü bu PK silahı ilə düşməni necə görürdü və məhv edirdi? O boyda DSX və MN həkimləri bu xəstəliyi görə bilmədi amma dəmir yolu həkimləri gördü? Mən ADY QSC -yə sual vermişəm: Hansı iş daha çətindir? 25 kiloluq PK ilə dağlara dirmasaraq düşməni gizləndiyi yerdə aşkar edib məhv etmək və ya teplovozda oturub işarələrə başa və maşinist bu işarələri demək? Amma 2022-ci ilin fevral ayından bu suala cavab verməyiblər. Bəlkə siz bu cavabı ADY QSC-dən ala bilərsiniz? Qabaqcadan təşəkkür edirəm. Mən sizi 2020-ci ildən dinləyirəm və obyektiv insan olmağınıza əmin olmuşam".
Daha sonra Ədalət bəy ADY QSC rəsmilərinə müraciət edərək yazır:
Adı çəkilən ADY QSC-nin rəsmiləri, xahiş edirəm məsələyə münasibət bildirin.
Buzdə Teref.az olaraq ümid edirik ki, ADY QSC rəsmiləri bu məsəıləyə aydınlıq gətirərək, qazimizin məsələsində ədalətli qırar verəcəklər!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.