Bərdə regional mədəniyyət idarəsində də TƏFTİŞ QƏRARI VERİLİB... - Rəhbərlik isə İZ İTİRMƏYƏ ÇALIŞIR...

10-06-2022, 12:54           
Bərdə regional mədəniyyət idarəsində də TƏFTİŞ QƏRARI VERİLİB... -
Bir neçə gün əvvəl Şəmkirdə səs-küylü həbslərin həyata keçirildiyini xəbər vermişdik. Onu da bildirmişdik ki, Regional Mədəniyyət İdarələri ilə bağlı hüquqi araşdırmalar davam etdiyindən digər idarə rəhbərləri də əl-ayağa düşüblər.

DİA.AZ-a daxil olan məlumatlardan aydın olur ki, artıq Bərdə Regional Mədəniyyət İdarəsi ilə bağlı da təftiş qərarı verilib.

Bu barədə DİA.AZ-a danışan rayondakı mənbə iddia edir ki, baş verən proseslərdən narahatçılıq keçirən Bərdə Regional Mədəniyyət İdarəsinin rəisi Vəsilə Möhsümova əməlli-başlı tədarük içindədir:

"Həm işini ehtiyatla tutmağa başlayıb, həm də buraxdığı yanlışları aradan qaldırmağa... daha çox isə iz itirməyə çalışır... Hər halda, bu gün xanım müdirənin davranışlarından anlaşılanı budur".

İddia olunanlarla bağlı dia.az olaraq qarşı tərəfi də dinləməyə hazırıq.

Əlavə bilgilərimiz olacaq. Bizi izləməkdə davam edin...












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.