Qamaqallı "Şərq-Qərb" ASC 26 milyonluq TENDERİN qaılibidir... - Ramiz Mehdiyevin nəzarətində olan...VİDEO

11-06-2022, 09:58           
Qamaqallı "Şərq-Qərb" ASC 26 milyonluq TENDERİN qaılibidir... - Ramiz Mehdiyevin nəzarətində olan...VİDEO
Azərbaycan Təhsil Nazirliyi 2022-2023-cü tədris ilinə təhsil müəssisələrində kargüzarlığın aparılması üçün məktəb sənədləri blanklarının istehsalı ilə bağlı poliqrafiya işlərinin satın alınmasına dair elan etdiyi açıq tenderə yekun vurub.

Dövlət satınalmalarının vahid internet portalına istinadən xəbər verir ki, tenderin qalibi "Şərq-Qərb" ASC-dir.

Qalib şirkətə 36 milyon 108,1 min manat ödəniləcək.
Teref.az olaraq qeyd etmək istəyirik ki, heç də uzaq olmayan keşmişdə "Şərq-Qərb" ASC-in adı Ramiz Mehdiyevlə hallanmışdı. Mediada gedən məlumata görə "Şərq-Qərb" ASC Ramiz Mehdiyevin nəzarətindədir. Bu məsələ ilə bağlı hit.az saytı yazır:
"Əhmədli qəsəbəsi Aşıq Ələsgər küçəsi, 17 ünvanında yerləşən nəşriyyatın ərazisi genişdir. Hətta o qədər geniş ki, torpağın bir hissəsində dördbloklu 16 mərtəbəli yaşayış binası tikilib. 408 mənzildən ibarət binanı “Şərq-Qərb Mülk” MMC inşa edib. Bu tikinti şirkəti yaxınlıqda daha bir 16 mərtəbəli yaşayış binası da tikib. Hər iki binanın inşasında tikinti normaları və tələbləri pozulduğuna görə istismarına yalnız keçən ilin sentyabr ayında icazə verilib.

“Şərq-Qərb” ASC-nin “orbitində” daha bir neçə şirkət (“Şərq-Qərb Nəşriyyat Evi” MMC, “Qlobal East VVest” MMC) var.

“Şərq-Qərb” səhmdar cəmiyyətinə çevrildikdən sonra Ramiz Mehdiyevin nəzarətində olub. AMEA prezidentinin müəllifi olduğu kitabların əsasən bu ASC tərəfindən nəşr edilməsi də təsadüfi deyil.

İndi Hesablama Palatasının hesabatından aydın olur ki, Ramiz Mehdiyev AMEA-nın prezidenti olduqdan sonra quruma ayrılan pulları “Şərq-Qərbq” ASC-yə “axıdıb” və nəticədə 10 milyon manatlıq borc yaranıb.

Nəzərə alsaq ki, ASC AMEA prezidentinin nəzarətindədir, o zaman bu məsələnin akademik üçün ciddi başağrısına çevriləcəyini söyləmək olar. Ramiz Mehdiyev 23 oktyabr 2019-cu il tarixdən AMEA-nın prezidentidir. Hesablama Palatasının aşkar etdiyi nöqsanlar da məhz onun fəaliyyət dövrünü əhatə edir./hit.az/"
Teref.az olaraq bu barədə bloqqer Mehman Hüseynovun araşdırmasını təqdim edirik:













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.