Naxçıvan İqtisadiyyat nazirindən ağlasığmaz sözlər: "Mal bizimdir, özümüz bilərik onu çıxararıq, ya da ermənilərə verərik."

13-06-2022, 00:04           
Naxçıvan  İqtisadiyyat nazirindən ağlasığmaz sözlər:
Məlumata görə, Türkiyəli iş adamı Ali Serdar Oba Naxçıvanın qiymətli mədənlərində çalışmalara başlayarkən PKK onun atasına təhdid dolu mesaj göndərir: “Oğluna de, Naxçıvandakı işin peşini buraxsın, əks halda səni də, oğlunu da aradan götürəcəyik”.
Atası Ali Serdarı yanına çağırır və bu işdən vaz keçməsini istəyir. İş adamı atasının sözünü yerə salır. Ata ona deyir: “PKK məni ölümlə təhdid edir. Sən isə buna əhəmiyyət vermirsən. Görünür, mənim öldürülməyimi və varidatıma yiyələnməyi planlaşdırırsan”.
Qeyd olunur ki, Ali Serdarın atası çox zəngin biridir. Dəyəri 10 milyon dollarlarla ölçülən 100-lərlə dükanı və iş yerləri var. Atanın bu sözlərindən sonra Ali Serdar onu da götürüb notariusa gedir və öz varislik hüququndan rəsmən imtina edir.
Teref.az yazır ki, bunu "Ovqat.com saytının baş redaktoru Heydər Oğuz öz sosial şəbəkə profilində yazır. Daha sonra Heydər bəy deyir:
Naxçıvana qayıdıb işinə davam edəndən qısa müddət sonra onun qarşısında müxtəlif bəhanələrlə dolu əngəllər çıxmağa başlayır. Ali Serdar nələr baş verdiyini öyrənmək üçün Naxçıvan MR İqtisadiyyat naziri Famil Seyidovun yanına gedir. F.Seyidov ona eynilə PKK-çılar kimi bu işi buraxmağı məsləhət görür. Türk iş adamı sabiq nazirə bildirir ki, ermənilər Naxçıvan tərəfindəki zəngin molibden yatağının altında partlayışlar edirlər. Bu onu göstərir ki, həmin mədənin altındakı sərvətləri oğurlayırlar. Siz niyə bu yataqların Azərbaycan tərəfindən istismarına icazə vermirsiniz?
Famil Seyidov ona nə cavab versə yaxşıdır?
Deyir ki, sən Türkiyəlisən. Sənin nə ölümün var Naxçıvanda? Mal bizimdir, özümüz bilərik onu çıxararıq, ya da ermənilərə verərik. Sənə nə?
Byundan sonra Heydər bəy Famiul Seyidoiva müraciət edərək bəzi suallar verib və cavabını gözlədiyini qarşı tərəfin diqqətinə çatdırıb:
Famil Seyidov, eşitdim orda-burda cəddinizin qüdrəti ilə qürrələnib məhz o müqəddəs ruhların sayəsində mənim gözümdən yayındığınızı bildiribsiniz. Mənasız qürrələnməyi buraxıb bu ittihamlara cavab verin:
- Naxçıvanın təbii sərvətlərinin çıxarılmasının və nəticədə milyardlarla dollar qazanma imkanının əldən qaçırılmasının təşəbbüskarı özünüz idiniz, yoxsa əmr icra edirdiniz?
- Əmr icra edirdinizsə onu hardan almışdınız?
- Təşəbbüs özünüzün idisə, marağınız nə idi?
Bu ittihamlara cavab vermədikcə şübhələr sizin üzərinizdə qalacaq. Köhnə qonşu olduğumuza güvənib sizə ayrıcalıqlı yanaşacağıma da bel bağlamayın. Mənim üçün Azərbaycanın maraqları bütün yaxınlıqlardan üstündür və bacardığım qədər bu məsələnin üzərinə gedəcəyəm. İttihamlara cavab vermək üçün sizi Kanal 13-ün efirinə dəvət edirəm. Mən heç kimin qiyabında danışmaq istəmirəm.
Heydər Oğuz.
Teref.az olaraq məqalədə toxunulan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.