Masallıda Antisanitar Vəziyyət Artıq “Pik” Həddinə Çatıb: Ekologiya Nazirliyi Isə Yatıb – VİDEO

13-06-2022, 09:26           
Masallıda Antisanitar Vəziyyət Artıq “Pik” Həddinə Çatıb: Ekologiya Nazirliyi Isə Yatıb – VİDEO
Son günlər sosial şəbəkələrdə Masalıı ərazisində olan çay, su anbarı və digər yerlərdə tökülmüş zibil tullantılarının şahidi oluruq. Görəsən Masalııda kı, aidiyyatı qurumlar buna niyə nəzarət etmir?!

Redaksiyamıza daxil olan şikayət əsasında, əməkdaşımız Masallı şəhərində olub və orada dəhşətli bir mənzərə ilə rastlaşıb.
Belə ki, “Rabitəbank”ın yanında (şəhərin düz mərkəzində) xeyli zibil tullantılarının töküldüyünü şahidi olub, hətta ərazidə olan çəkilişdən də görünür ki, həmin zibil tullantıları vaxtl-vaxtında daşınmadığı üçün orada bu biyabırçı vəziyyət alınıb.
Masallı rayon Icra Hakimiyyətinin məsul işçiləri, şəhər bələdiyyəsi, MKTBİ-nin işçiləri və 1 saylı Regional Ekologiya Idarəsinin müfəttişləri hara baxır?! Buradan açıq-aydın görünür ki, bunlar öz işlərini başında deyillər.

P.S. belə kütləvi zibil tullantıları Masallı ərazisində bir çox yerlər də var, hansı ki, gün və aylarla danışmadığı üçün qalıb.

Əgər zibil tullantıları vaxtı- vaxtında daşınmasa, o zaman bir çox yoluxucu xəstəlik və üfunət iyinin ətrafa yayılmasına səbəb olacaq.

Qarşı tərəfi dinləməyə hazırıq.

Xəbəral.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru