Naxçıvanın "Uqanda yetimləri"

13-06-2022, 14:43           
Naxçıvanın "Uqanda yetimləri"
"Xan" Naxçıvan polislərindən Uqanda yetimləri düzəldir
Naxçıvan polislərinin həm rüblük müavinətlərini, həm də kirayə pullarını kəsiblər.
Maraqlıdır ki, Muxtar Respublikada işinə vicdanla yanaşan polislər yaşadıqları yerdən xeyli uzaq yerlərə təyinat alırlar. Bu zamanadək dövlət onlara kirayə haqqı da verirdi. Hər polis üçün 75 manat, ailə üzvləri üçün isə bu məğləğin yarısı qədər. Deyək ki, polisin 2 uşağı varsa, yoldaşı ilə birlikdə 3 ailə üzvü üçün 105 manat, bir də özü üçün 75 manat alırdı. Toplam 180 manat.
İşlədikləri yerdə isə tutduqları kirayə evə 250-300 manat ödəyirdilər. Yəni dövlətin verdiyi kirayə pulunun üstündə bir də öz ciblərindən 70-120 manat qoyurdular.
Naxçıvan MR Maliyyə Nazirliyinin müxtəlif bəhanələrlə onların kirayə pullarını kəsməsindən sonra vəziyyət humanitar fəlakət səviyyəsinə yüksəlib. Üstəlik, ildə 4 dəfə verilən rüblük müavinət də kəsilincə, faktiki olaraq polislər ayın böyük hissəsini ac qarına keçirmək məcburiyyətində qalıblar. Uqanda yetimləri kimi.
Naxçıvan polislərinin aylıq maaşı 600-800 manat arasında dəyişir. Kirayə pullarını da öz ciblərindən qoyunca dörd nəfərlik ailəyə 300-350 manat arasında vəsait qalır. Ən acınacaqlısı da budur ki, Naxçıvanda ərzaq malları Bakıdan dəfələrlə bahadır. İndi özünüzü həmin polislərin yerinə qoyun, ailəni necə dolandıra bilərsiniz?
Heydər Oğuz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.