" İran vətəndaşlarının bu fürsətdən yararlanmasına icazə verilir, amma Naxçıvanlılara yox?"- RİTORİK SUAL

15-06-2022, 08:15           
" İran vətəndaşlarının bu fürsətdən yararlanmasına icazə verilir, amma Naxçıvanlılara yox?"-
Türkiyəli iş adamı Əli Sərdar Oba 2015-ci ildə “Metro” nəqliyyat şirkəti ilə müqavilə imzayır. Müqavilədə Naxçıvandan Iğdıra, İstanbula və Türkiyənin başqa şəhərlərinə sərnişin daşınması nəzərdə tutulub. Turların hər gün 10 səfər keçirilməsi barədə razılıq əldə olunub. Gediş qiyməti də çox uyğun olub: Məsələn, Naxçıvandan İrana və Türkiyəyə səyahət 1 manat. Hətta şəhid ailələri və müharibə qazilərinin gediş-gəlişi üçün pul alınmayacaqdı.
Bu xidmət cəmi 43 gün işləyib. 43 gündən sonra polislərin müdaxiləsi ilə iş dayandırılıb. O dövrün Naxçıvan MR Nəqliyyat naziri Mirsənani Seyidov Əli Sərdar Obanı yanına çağırıb bildirib ki, bu işdən əl çək. Rəhbərlik belə məsləhət gördü.
Soruşa bilərsiniz: Əli Sərdar Obanın maya dəyərindən xeyli aşağı olan bu xidmətdə marağı nə idi?
O, bu yolla əslində İran-Naxçıvan-İğdır arasında kargo işi qurmaq istəyib. Məqsədi kasıb vəziyyətdə yaşayan naxçıvanlılara pul qazandırmaq imiş. Plana əsasən, hər gün İran tərəfindən 24 giriş-çıxış izni alaraq 1200 sərnişini Naxçıvana gətirib yedirib içirdikdən sonra İğdıra yola salacaqdı. Özü də cəmi 1 manata. Firma isə hər yolçunun gətirəcəyi malların satışından əldə olunan gəlirdən qazanacaqdı.
Belə ki, İran hər yolçunun 1000 dollarlıq və ya 25 kq.lıq əşyasından gömrük vergisi almır. İş adamı da hər yolçuya öz cibindən 50 manat və ya 30 dollar verəcək və onlar bu vəsaitlə bəzi mallar alacaq və həmin mallar Türkiyəyə aparılacaqdı. Sərnişinlər gömrük rüsumu ödəmədən sərhəddəki Free shop mağazalarından 1 viski və 2 qutu siqaret alıb Iğdırda satsaydılar, 20 dollar, yaxud 34 manat qazana biləcəkdiklər. Bir ailənin 4 nəfərdən ibarət olduğunu nəzərə alsaq, bu kargo işində iştirak edən edən ailələrin öz ailə büdcələrinə ayda 200 manat əlavə gəlir gətirmək imkanları olacaqdı. 200 manata isə Türkiyədən və İrandan aldıqları ərzaq məhsulları ilə öz aylıq tələbatlarını qarşılaya bilərdilər.
Əli Sərdarın bu təşəbbüsünə də icazə verilmir. Naxçıvanın Culfa gömrüyünün ovaxtkı sədri Tahir adlı şəxs iş adamını qəbul edib deyir ki, rəhbərlik sənin bu planına razılıq vermədi. “Sən istəsən, öz işini İran vətəndaşları ilə davam etdirə bilərsən. Naxçıvanlılar o qədər kasib deyillər ki, hər səfərdə 50 manat qazanmalarına ehtiyac olsun”.
Heydər Oğuz
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.