Mərdan Camalovun neçə övladı var…?- Bir tərcümeyi halın izi ilə....

16-06-2022, 08:13           
Mərdan Camalovun neçə övladı var…?-
Zərdabın icra başçısı Mərdan Camalov subaydır, duldur, yoxsa ailəli..?
Mərdan Camalovun rəsmi tərcümeyi-halını uzun-uzadı yazıb oxucuları yormaq istəmirik. Heç buna ehtiyac da yoxdur.
Qısa məlumat üçün bildirək ki, 1978-ci ildə Sabirabad rayon Ağacanlı kənd məktəbində müəllim, 1981-1989-cu illərdə Əli Bayramlı şəhər Süni-dəri zavodunda çilingər, usta, növbə ustası, böyük usta, sex rəisi, rəis, 1989-1993-cü illərdə Azərittifaqın Əli bayramlı şəhər İstehlak Cəmiyyətində rəis, sədr, 1993-1995-ci illərdə Azərkooperativ Məişət Ticarət Kontorunun Bakı Universal Bazasının direktoru, 1995-1996-cı ildə “Azəriqaz” Dövlət Şirkətinin Sosial Təchizat Birliyinin rəis müavini, 1996-2005-ci illərdə Quruda Neft və Qazçıxarma İB-nin maddi-texniki təchizat şöbəsinin rəisi, 2005-2019-cu illərdə isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
Azərbaycan Respublikası Prezidentinin 12 noyabr 2019-cu il tarixli Sərəncamı ilə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilmişdir.
1997-ci ildən YAP-ın üzvüdür. Ailəlidir, 4 övladı var.
Deməli, Mərdan müəllimin 4 övladı var. Allah saxlasın. Bu məsələyə birazdan qayıdacağıq.
Biz Gundelik-Baku.com olaraq Mərdan Camalovun adi kənd müəllimliyindən çilingərliyə, oradan “svarşik”liyə, oradan dəri zavodunda usta işləməsi ilə bağlı çox yazmışıq.
Həqiqətən də bəlkə də bəşər tarixində belə hal olmayıb. Orta məktəb müəllimi işini buraxıb zavodda “svarşik” ola, sonra da dəri zavodunda mal-qara dərisini təmizləyə. Və birdən…
Bu adamın səsi Azərittifaqın Əli Bayramlı İstehlak Cəmiyyətinin sədr postundan gəlir.
Kooperasiya sisteminə bələd olan bir şəxs kimi qeyd edək ki, burada sədr olmaq üçün mütləq seçki keçirilməlidir.
Görəsən gön-dəri zavodunda çalışan Mərdan Camalov necə Rayon Kooperasiya İttifaqının sədri ola bildi. Bu lap dünyanın yeddinci möcüzəsidir.
Hələ bu harasıdır..?
Bir də bəlli oldu ki, Mərdan Camalov neft və qaz çıxartmaqla məşğuldur və “Azəriqaz” Dövlət Şirkətində rəhbər vəzifədə çalışır.
Vallah, bu komediyadır, amma tragikomediya.
Bu məqamda “Gündəlik-Bakı”nın mərhum əməkdaşlarından birinin vaxtilə yazdığı “Qazın qoza nə dəxli var” başlıqlı yazısını xatırladım.
Doğrudan da, adi kənd müəllimi qısa vaxtda bu qədər müxtəlif sahələrdə necə çalışa bilər?
Özü də rəhbər vəzifələrdə…
Heç kimə sir deyil ki, Mərdan Camalovun müəllim, qazovşik, kooperator, neft-qaz sahələrində irəli çəkilməsinin bircə səbəbi var idi.
Mərdan Camalov mərhum Yavər Camalovun qardaşı idi.
Söhbət 2003–2006-cı illərdə “Azneft” İstehsalat Birliyinin baş direktoru, 2006-2018-ci illərdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi naziri olmuş mərhum Yavər Camalovdan gedir.
İndi aydın oldumu bu “uçitel” Mərdanın vəzifə karyerası necə olub.
Bu hələ harasıdır ..?
Yuxarıda rəsmi tərcümeyi-halında qeyd etdiyimiz kimi Mərdan Camalov 2005-2019-cu illərdə isə Şirvan Şəhər İcra Hakimiyyətinin başçısı vəzifələrində çalışmışdır.
2019-cu ildən isə Zərdab Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində çalışır.
Fikir verdinizsə, biz konkret olaraq Mərdan Camalovun rəsmi tərcümeyi-halına istinad edərək yazırıq.
Mərdan Camalovun tərcümeyi-halında onun YAP üzvü olduğu qeyd olunub. Çox gözəl, Mərdan Camalovun özünün yox, hətta şəcərəsinin borcudur ki, YAP-ın üzvü olsunlar.
Sonuncu cümlədə qeyd olunub ki….
Mərdan Camalov ailəlidir, 4 övladı var.
Doğrudanmı, Zərdabın icra başçısı olan Mərdan Camalov evlidir?
Həqiqətənmi, Mərdan müəllim ailəlidir..?
Biz kiminsə ailə məsələsinə qarışmaq istəmirik. Amma, bəlkə Mərdan Camalov subaydır, bəlkə duldur..? Axı, Mərdan Camalovun şəxsiyyət vəsiqəsində yazılıb ki subaydır. Bilirsəndə yoldaş Mərdan, artıq hər şeylə maraqlanırıq, açırıq sandığı....
Özünün də xoşun gələcək ki, biz bu məlumatları necə və haradan əldə edirik. Çox maraqlıdır, elə deyilmi?
Çünki bu adamın ömür yolunda o qədər ziqzaqlar, “povorot”lar var ki, adam şübhələnməyə bilmir…
Başqa sual çıxır ortaya…
Mərdan müəllimin həqiqətənmi 4 övladı var…?
Bəlkə, 5, bəlkə 2 övladı var..?
Bir sözlə, indiki məmurların ömür yolunu araşdıranda adam elə hallarla rastlaşır ki…
Bəli, Gündəlik-Bakıya daxil olan məlumata görə, Mərdan Camalov 1979-cu ildə Tərxanım xanımla ailə həyatı qurub.
Amma 1993-cü ildə Mərdan Camalov rəsmi olaraq Tərxanım xanımdan boşanıb.
Qohumlarının dediyinə görə, bu cütlüyün uzun müddət uşağı olmayıb, səbəb isə Mərdan müəllimdən olub. Mərdan müəllimin böyrəklərində problem var imiş.
Əlbəttə, biz insanların fiziki qüsuruna görə, onlara yuxarıdan aşağı baxmağın tərəfdarı deyilik. Bu insanın talehidir. Heç kəs bundan sığortalanmayıb. Amma…
Əmması odur ki, 1995-ci ildə Mərdan müəllimlə Tərxanım xanımın rəsmi nigahları olmasa da iki əkiz övladları, oğlanları Həsən və Hüseyn dünyaya gəlib. Əlbəttə, dünyaya övlad gəlməsi sevindiricidir. Biz də dünyaya gələn hər körpəyə görə sevinirik.
Amma ortaya sual çıxır ki, neçə il əvvəl boşanmış cütlüyün birdən necə oldu ki, əkiz övladları dünyaya gəldi..?
Axı, bu necə ola bilər…?
Bu cütlüyün 15 il uşağı olmayıb və boşanıblar.
2 il sonra Həsən və Hüseyn dünyaya gəlib…
Bəli, çox dərinə getmədən qeyd edək ki, Mərdan Camalovu Mərkəzi Klinik Xəstəxanaya aparanda bizim reportyor qrupu orada öz işimizlə bağlı çəkilş aparırdı. Və Mərdan müəllimin ora nə məqsədlə gətirlidiyi bəlli idi.
İndi heç kimin ağlına pis nəsə gəlməsin. Amma görəsən Mərdan müəllim bu məsələyə necə aydınlıq gətirə bilər..?
Bu əkiz uşaqların atası kimdir... bəllidir, amma nigah qrafasında nələr yazılıb növbəti sayımızda.
Mərdan müəllimin rəsmi sənədində SUBAY yazıldığı halda bu uşaqların...?
P.S Tərxanım xanımın, Həsənin və Hüseynin adına olan yüz milyonlarla dəyəri olan mülklərin siyahısını dəqiqləşdirmək üçün geniş araşdırmanı bu yaxınlarda təqdim edəcəyik.
Qəzan mübarək, Mərdan Camalov.
Mərdan Camalovun rəsmi tərcümeyi-halında 4 övladı olduğu yazılıb. Bu da ciddi araşdırma mövzusudur. Bu haqqda sonra...
gundelik baki.com
Teref.az olaraq məalədə qaldırılan iddialarla bağlı qarşı tərəfin mövqeyini dərc etməyəö hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.