Daşkəsənli fermer Akif Rzayev BakiTv.az-a Sahib Məmmədzadə ilə bağlı şok açıqlamalar verdi... - Daşkəsənin ilk fermerinin qanuni otlaq sahələrini Sahib Məmmədzadə zəbt edib.

18-06-2022, 08:33           
Daşkəsənli fermer Akif Rzayev BakiTv.az-a Sahib Məmmədzadə ilə bağlı şok açıqlamalar verdi... -
Məişət pozğunu olan birisi icra nümayəndəsi olmaq istəyir…

30 il öncə heç kimin ağlına gəlməzdi ki, nə vaxtsa kiminsə fermer təsərrüfatı olacaq, minlərlə qoyun sürüsü, 100 hektarlarla torpaq sahəsi və daha nələr...
Bütün bunlar son 20-30 ildə baş verdi. Və ölkəmizdə xeyli iş adamları, sahibkarlar, fermerlər təbəqəsi yetişdi.
Azərbaycanın ilk fermerlərindən biri də Daşkəsən rayonunda çalışan, fəaliyyət göstərən Rzayev Akif Nağı oğludur.
Onu da xüsusi olaraq qeyd edək ki, kimlərsə sonradan bilmədiyi, yaxud az bildiyi sahədə fermer təsərrüfatı yarada bilər.
Akif Rzayevin BakiTv.az-a dediklərini olduğu kimi dərc edirik:
Babam, atam və mən kənddə qoyunçuluqla məşğul olmuşuq, ömrümüz təsərrüfat işlərində keçib. Özüm də, ailə üzvlərim də, övladlarım da halal zəhmətlə dolanmışıq və böyük bir təsərrüfat yaratmışıq. İndi kimlərsə paxıllıqdan, yoxsa başqa səbəbdən mənim fermer təsərrüfatıma əngəl yaratmaq istəyir.
Bəli, Daşkəsəndə yağışdan sonra peyda olan və özünü iş adamı, sahibkar, fermer adlandıran bəziləri əslində maklerdirlər. Məhz belələri mənim və rayon rəhbərliyi haqqında mənfi rəy yaratmağa çalışırlar.
Məlumat üçün bildirim ki, mən qanuni yolla, rəzmi dövlət sənədi ilə Daşkəsənin Xoşbulaq yaylaqlarında xeyli otlağı, örüş sahəsini rəsmi olaraq dövlət tərəfindən icarəyə götürmüşəm. Yəni bütün bunları təsdiq edən dövlət aktları var.
Mənim haqqımda mənfi rəy yaratmaq istəyən özünü guya sahibkar hesab edən, amma əslində alverçi-makler olan şəxslərdən biri də Məmmədzadə Sahib Mürvət oğludur.
Şəxsi həyat tərzi heç bir əxlaqa sığmayan Məmmədzadə Sahib Mürvət oğlu başına bir dəstə adam yığaraq rayonda pozuculuq işləri aparır, vətəndaşların hüquqlarını pozur, özünü az qala rayonun ağası kimi aparır.
Deməli, kim öz haqqını, hüququnu tələb edirsə, Məmmədzadə Sahib öz başının 10 nəfərlik dəstəsi ilə həmin şəxsin evinə, təsərürfatına hücum edir, istədiyini döyür, söyür...
Bu adam hər yerdə Rayon Polis Şöbəsinin, rayon prokurorluğunun, İcra Hakimiyyəti başçısının və digər dövlət qurumlarının adını hallandırır. Yerli İcra Hakimiyyətinin, Polis İdarəsinin, Prokurorluğun adından yuxarılara saxta imzalarla şikayət ərizələri göndərir. Ancaq o imzaların heç biri düzgün deyil, araşdırılsa hamısının saxta olduğu üzə çıxar.
Sahib Məmmədzadə hətta onlarla adamın adından yuxarı dövlət orqanlarına şikayətlər göndərir. Amma yoxlayanda məlum olur ki, şikayətlər saxtadır, şikayətçilərin heç bundan xəbəri yoxdur.
Daşkəsənin ilk fermeri olan Akif Rzayev müxbirimizə onu da bildirib ki, onun qanuni, sənədli torpaqlarını zəbt edən Sahib Məmmədzadə həmin torpaqlarda kartof əkmişdir. Hətta kənd camaatı arasında danışırlar ki, orada kartof əkməklə yanaşı, başqa zərərli narkotik bitkilər də əkiblər.
Sahib Məmmədzadənin heç bir təhsili olmasa da o özünü yaxın zamanda Xoşbulaq kənd icra nümayəndəsi postunda görür. Bu onun öz işidir. Hər kəs özünü hər yerdə görə bilər. Biz dədə-babadan çoban olmuşuq. Bizim gördüyümüz və eşitdiyimiz o olub ki, vəzifə daşımaq üçün məktəb oxumaq lazımdır. Mən çoban olsamda bilirəm ki, insanın savadı, dünyagörüşü, düşüncələri insanı həmişə irəli aparır. Mən sizi bir görüntü ilə tanış edim. "Baxın, belə adamlara vəzifə etibar etmək olar? Bu adamlara 5 dənə quzu versən aparıb itirib gələr. Bu, adam Sahib Məmmədzadə qazilərin, şəhid ailələrinin adından danışsa da, özü hərbi xidmətdın yayınib və müharibə vaxtı qaçıb qonşu Yevlax rayonunda gizlənib. Mən buradan Hərbi Prokurora Sahib Məmmədzadənin ordudan yayınması ilə bağlı araşdırma aparılmasını xahiş edirəm. Hərbi kamissarlıq araşdırsın ki, bu hansı əsaslarla hərbi xidmətə getməyib".
Sahib Məmmədzadənin qanun pozuntuları törətməsi barədə dəfələrlə rəsmi araşdırmalar aparılaraq tədbir görülməsi üçün Daşkəsən rayon məhkəməsinə göndərilmişdir. Lakin o, Daşkəsən rayon məhkəməsinin sədri Azad Əliyevlə yaxın əlaqələri olduğuna görə bütün şikayətlər məhkəmə tərəfindən rədd edilmişdir. Azad Əliyev nədənsə Sahib Məmmədzadə barəsində olan şikayətləri dərhal rədd edir, sanki onu cəzasızlıq mühitində yetişdirir. Sahib Məmmədzadə ilə Azad Əliyev hər gün biryerdədirlər, hamı danışır ki, bunlar müxtəlif yerlərdə yeyib-içməklə məşğuldurlar. Bu söhbət biz rayon camaatı arasında həmişə təəccüblə qarşılanır.
Biz BakiTv.az olaraq şikayətçinin dediklərini olduğu kimi dərc edirik. Və redaksiyamıza təqdim edilən video görüntüdən bəlli olur ki, bu adamın nəinki icra nümayəndəsi, heç çoban olmağa haqqı yoxdur. Akif Rzayev onu da bildirdi ki, məişət pozğunu olan birisinin dövlət qurumlarının adından danışması heç bir əndazəyə sığmır.
Və sonda Akif Rzayev BakiTv.az vasitəsilə xahiş edir ki, onun haqq işi, qanuni mülkiyyəti ilə bağlı məsələlər ali dövlət qurumlarına çatdırılsın. Sahib Məmmədzadə və ətrafında olan qanun pozucuları araşdırılaraq həbs olunsunlar. Hörmətli redaksiya, mən Akif Rzayev Sahib Məmmədzadə haqqında sizə video material göndərirəm. Xahiş edirəm onu da efirə verin. Qoy müxalifət kanallarında dövlətimizin, dövlətçiliyimizin əleyhinə danışan icra başçımizın Hüquq Mühafizə Orqanlarımızın haqqında ağzına gələni danışan şəxsin əsl kimliyini tanısınlar. Akif Rzayev onu da bildirdi ki, mən Akif Rzayev olaraq, dərc olunan məqalədəki bütün fikirlərin məsuliyyətini daşıyıram, bütün suallara cavab verməyə hazıram.
Biz bir redaksiya olaraq, Xoşbulaq yaylaqlarında və Daşkəsən rayonunda Sahib Məmmədzadəni qarşı tərəf kimi axtararaq münasibətini öyrənmək istəsək də tapa bilmədik.
Yenə də qarşı tərəfin də fikirlərini işıqlandırmağa hazırıq.
gundelik baki.com













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.