HAKİMİN QƏRARINDA ƏDALƏT, YOXSA QƏRƏZ ? -İDDİA

18-06-2022, 09:11           
HAKİMİN QƏRARINDA ƏDALƏT, YOXSA QƏRƏZ ? -İDDİA
Hakim ELmar Rəhimov tərəfindən qismən yenilənən istintaqda əsaslandırılmadan Vəsadətlər rədd edilib.

“…Sahibkar II-ci qrup əlil 5 il azadlıqdan məhrum etmə ilə üz-üzədir…”

“…Qanunun şah, yoxsa Şahın qanun olduğunun bilindiyi gün..”

Rədd edilən vəsadətlər ikinci qrup əlil, həmcinin anadangəlmə tək böyrəklə ömürlük yaşamağa məcbur olan sahibkar Füzuli Alıyevin bəraətverici sübut və dəlilərinin təminatı idi. Bununla bağlı Füzuli Alıyev Prezident Cənab İlham Əliyevə və 17 quruma yazılı müraciət edib. Qurumlara müraciətinə cavab olaraq, bildirilib ki, barəsində Bakı Apellyasiya Məhkəməsində qismən istintaqı yenilənən cinayət işinə obyektiv baxılacağı və məsələnin daim nəzarətdə saxlanılacağı vədi verilib. Lakin sahibkar Füzuli Alıyev bu gün baş tutacaq sonuncu məhkəmə prosessində ədalətdən kənar qərar veriləcəyini əminliklə bildirib. Belə ki, “Hakim E.Rəhimov Bakı Apellyasiya Məhkəməsinin Sədri Mübariz Əkbərovun Füzuli Alıyev barəsində azadlığa buraxılması ilə bağlı qərarın verilməsinə etiraz edir”. Bakı Apellyasiya Məhkəməsinin Sədri Mübariz Əkbərovun sahibkarla olan ədavətinin haradan nədən qaynaqlanmasına aydınlıq gətirmək mümkün olmayıb.

Hakimin təqsirləndirilən şəxsin yaxınlarına bildirdiyi bu məlumatın nə qədər doğru olması isə sual altındadır.
Bu gün sonuncu məhkəmə prosessində Füzuli Alıyev Hüseyn oğluna son söz çıxış hüququ verilməklə barəsində Nəsimi Rayon Məhkəməsi tərəfindən 5 il Azadlıqdan məhrum etmə cəzası ilə bağlı olan hökmün qüvvədə saxlanılmasına yönəlik istintaq aparıldığı aydın olub. 17 vəsadətin əsaslandırılmadan rədd edilməsi hakimin məsələyə qərəzli yanaşmasına dəlalət edir. Buna əsaslı aydınlıq verə bilməyən E.Rəhimov sadəcə sədrin bərait verməsinə izin vermədiyini bildirməsi ilə yekunlaşıb. Yekunqərarın nədən ibarət olacağı artıq 2 həftə öncədən bəlli olub.

(Əvvəla məhkəmə pridmetinin yaranma səbəbinidə sizlərin diqqetinə çatdırmaq istəyirəm ki, 2019-cu ilin dekabrında Bakı şəhər və regionlarda baş vermiş kütləvi zəhərlənmə halı nəticəsində insan təlafatı olmuşdu. Ölən şəxslərin harada və hansı halda spirtli içki qəbul edərək zəhərlənməsi istintaqa qaranlıq qaldığı halda məhkəmə qərarlarında baş vermiş hadisənin təqsirkarları kimi cəmiyyətə təqdim edilənlər oldu. Bu təqsirləndirilən şəxslərin bir çoxu həqiqətdə saxta viski bağlamış və onları orjinal məhsul kimi şərab evləri vasitəsi ilə restoran sahiblərinə satmağa nail ola bilmişlər. Lakin burda təqsirləndirilməsi müşkül olan şəxslərdə var. Təqsirləndirilən şəxslər arasında qanunu fəaliyyət göstərən şərab evindən içkilərin restorana verilməsinin təmin edilməsi ilə fəaliyyət göstərən “Baku City” restoranın sahibi Füzuli Alıyev səbəbi bilinmədən həbsdə saxlanılır.)

Qeyd edək ki, vətəndaş Füzuli Alıyev Rusiya Federasiyasında uzun illər bizneslə məşğul olmuş və 2015-ci ildə Cənab İlham Əliyevin xaricdə yaşayan iş adamlarına etdiyi müraciət əsasında dərhal əldə etdiyi bütün sərmayəsini götürərək Azərbaycan Respublikasına qayıtmışdır. Azərbaycana qayıdan iş adamı Kiçik Orta Biznes sahəsinə investisya yatırmaqla fəaliyyətə başlamışdır. Fəaliyyəti dövründə Prezidenti örnək alaraq Qarabağ qazilərinə Şəhid ailələrinə kimsəsiz qocalar və uşaq evlərinə yardımlar etmişdir. Həbsdə saxlanıldığına baxmayaraq da bu etdiyi yardımların davamlı edilməsinə dair yaxınlarına təlimat vermişdir.

Hazırda hər bir addımında ölkə rəhbərini örnək alan şəxsin əsasız olaraq həbsdə saxlanması heçdə qəbul edilən anlayış deyildir.
BU GÜN BAKI APELLYASİYA MƏHKƏMƏSİNİN QƏRARININ ƏDALƏTƏ YOXSA QƏRƏZƏ SÖYKƏNƏCƏYİ HAMIYA BƏLLİ OLACAQDIR//bakunews.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.