Azəriqaz abonentlərə əlavə borclar yazır - Bunu necə yoxlaya bilərsiniz?

19-06-2022, 00:03           
Azəriqaz abonentlərə əlavə borclar yazır -
Teref.az sosial fəal Mirvari Qəhrəmanlının Azəriqaz abonentlərinə müraciətini dərc edir.
Hörmətli Azəriqaz abonentləri,
Təşkilatımızın Eksperti bildirir ki, qaz itgisinin "azaldılması" üçün Azəriqaz tərəfindən abonentlərə qeyri qanuni borclar yazilir, təkcə 2022-ci ilin may ayinda 547636 abonentə borc yazilib. Lakin bu borclar sizə təqdim ounan bildirişlərdə görsənmir. Respublikanin demək olar ki bütün rayonlarına hətda Bakı şəhəri daxil olmaqla və onun rayonlarında abonentlərə borclar yazilib. Sizə borc yazılıb,yazılmadığını bilmək üçün , rayon qaz istismari xidmətinə və ya Asan xidmət, Asan Komunal mərkəzlərinə yaxınlaşaraq abonent saldosu(balans) tələb edirsiniz həmin sənəddə borcunuzu, illik qaz sərfinizi, ödədiyiniz vəsaitləri görəcəksizniz.
Teref.az yazır ki, bunu sosial fəal Mirvari Qəhrəmanlı öz sosial şəbəkə profilində yazıb.Daha sonra Mirvari xanım yazır:
Bu halda tutaq ki, sizə təqdim olunan bildirişdə 15 manat borc, lakin saldoda 30 manat görsənirsə demək Siz Azəriqazın hansisa məmurunun kresloda oturmasına şərait yaradanlardansiniz. Əgər fərq yoxdursa, deməli sizə əlavə borc yazılmayıb.
Bu borc nə vaxt sizin hesabınızdan silinəcək, yaxud silinməyəcək , yaxud sizə müəyyən üsullarla ödənilətdiriləcəkmi məlum deyil. Abonentlərə yazılan, onların görmədiyi borc isə qaz itgisinin bağlanması üçündür.
Teref.az olaraq qarşı tərəfində mövqeyini dərc etməyə hazırıq!
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.