Turan Bankda növbəti biabırçılıq – Qarabağ qazisini döyüblər? – ÖZƏL VİDEO

19-06-2022, 00:09           
Turan Bankda növbəti biabırçılıq –
Turan Bankda insident olub.

TEREF.AZ yazır ki, bu barədə Veteninfo.az-ın redaksiyasına məlumat daxil olub.

Bildirilib ki, insident bankın Cəlilabad filialında qeydə alınıb.

Məlumatda qeyd olunur ki, Turan bankın əməkdaşları ilə bankın xidmətlərindən yararlanmaq istəyən müştəri – Qarabağ qazisi arasında insident yaşanıb.

Məlumata görə, insidentə bank işçilərinin Qarabağ qazisini növbədə xeyli gözlətmələri səbəb olub. Səhərdən axşama qədər növbə gözlədiyini iddia edən qazi bank işçilərinə irad bildirib.

Bundan sonra mübahisə davaya çevrilib.

Həmçinin qeyd olunur ki, bankda xidmət səviyyəsinin xeyli aşağı olması müştərilər tərəfindən daima narazılıqla qarşılanıb.

Müştərilər dəfələrlə bu narazılıqlarını bank rəhbərliyinə çatdırsalar da, nəticəsi olmayıb.













Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.