“Xan”ın növbəti qurbanı: İş adamı Xaləddin Rüstəmov həbs olundu, bütün mülkiyyəti isə müsadirə edildi

19-06-2022, 09:05           
“Xan”ın növbəti qurbanı:
Naxçıvan şəhər Tikinti, Təmir və Abadlaşdırma İdarəsinin müdiri Xaləddin Rüstəmov həbs olunub.
Ovqat.com-un məlumatına görə, məhkəmə tikinti trestinin rəhbərinə 4 ay həbs qətimkan tədbiri seçib.
Xaləddin Rüstəmovun həftənin şənbə günü Naxçıvan Maliyyə naziri Rafael Əliyevlə sərt şəkildə mübahisə etdiyi bildirilir. Hətta iş adamının naziri küçə söyüşləri ilə söydüyü xəbər verilir. Məlumata görə, üzərindən 2 gün keçməmiş Xaləddin Rüstəmov tutularaq Naxçıvan şəhər Polis İdarəsinə aparılıb. Bu gün isə məhkəməsi olub və ona 4 ay iş kəsilib.
İş adamının bütün varidatına əl qoyulub. Şəxsi maşınları Naxçıvan MR Dövlət Yol Polsinin cərimə meydançasına qoyulan Xaləddin Rüstəmovun rəhbərlik etdiyi şirkətin əmlakı isə “Nəqşi-cahan” Holdinqin balansına keçirilib.
Maraqlıdır ki, iş adamına ittiham aktı yazan istintaq idarəsinin rəisi polis polkovnik leytenantı Samir Qəmbərovun Taksı parkı yaxınlığındakı evinin tikintisini Xaləddin Rüstəmov öz vəsaiti hesabına aparıbmış. Sonda bu xeyirxahlığı belə iş adamının işinə yaramayıb. Samir Qəmbərov onun əleyhinə acımasızcasına ittiham aktı tərtib edib. Qəmbərovun bu etibarsizlığı hətta polis yoldaşlarının da bərk narazılığına səbəb olub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru